“Beynəlxalq ictimaiyyət ekoloji terrorizmə son qoyulmasını və Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən azərbaycanlı ekofəalları dəstəkləməlidir”.

Bunu Bakı Gürcü Yəhudiləri Dini İcmasının sədri, Bakı Yəhudi Məktəbinin direktoru, ravvin Zamir İsayev “Foreign Policy Association”a müsahibəsində deyib.


Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, azərbaycanlı ekofəalların aksiyası 40 gündən çoxdur davam edir və onların yataqların monitorinqinə icazə verilməsi ilə bağlı tələbi tamamilə haqlıdır:

“Belə ki, yataqlar istismar edilir, Azərbaycan təbiətinə ziyan vurulur. Bu, bütün dünyaya təsir edir”.

Ravvin vurğulayıb ki, havaların soyuq keçməsinə baxmayaraq, Xankəndi-Laçın yolunda dinc aksiya davam edir:

“Ermənilərin bu ərazinin blokadaya alınması ilə bağlı fikirləri yalandır. Orada olmuşam, humanitar karvanlar erməni mülki əhalisinin təminatını həyata keçirir”.

Z.İsayev əlavə edib ki, yəhudi icması azərbaycanlı ekofəalları və onların öz torpaqlarını qorumaq hüquqlarını dəstəkləyir.

Xatırladaq ki, 2023-cü il yanvarın 18-də Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.


Yəhudi icmasının sədri: “Beynəlxalq ictimaiyyət azərbaycanlı ekofəalları dəstəkləməlidir” - FOTO

Son xəbərlər

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Makronun prezidentlikdən sonrakı planı açıqlandı

ABŞ və İsrailin İranda bir məqsədi var - Netanyahu

Bütün xəbərlər