Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq-qardaşlıq dayanır. Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə dostluq münasibətləri bu əlaqələri daha da yüksək səviyyəyə qaldırıb.

Bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

"Onu da bildirməliyəm ki, Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Özbəkistan Prezidenti olub. Füzulidə Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilib və biz ikimiz o məktəbin açılışını etmişik. Ondan sonra digər qardaş dövlətlər – Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi ölkələr bizə hədiyyələr etmişdir", - prezident vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Özbəkistanda olanda xalqlar arasındakı yaxınlığa və bağa şahid olur:

"Mən orada yazılara baxanda görürəm ki, heç bir tərcüməyə ehtiyac yoxdur, dillərimiz də bir-birinə bənzəyir, tələffüzdə fərq var, amma hər şey anlaşılır. Bizi çox böyük tarixi əlaqələrimiz birləşdirir, Özbəkistanla münasibətlərin inkişafı bizim üçün prioritetlərdən biridir".

İlham Əliyev əlavə edib ki, Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi olan tikiş fabriki də Özbəkistan sərmayesi ilə açılıb:

"Bir çox iqtisadi-sənaye layihələri icra edirik, biz birgə sərmayə fondu yaratmışıq ki, bu fondun dəyəri 500 milyon dollar dəyərindədir. Bu fond həm Özbəkistanda, həm Azərbaycanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağında sərmayə qoyur, ümid edirəm ki, yaxın gələcəkdə müjdəli, xoş xəbər alacağıq. Çünki bu gün enerji təhlükəsizliyi, xüsusilə, qaz təchizatı bir çox ölkə üçün önəmlidir, ümid edirəm ki, Üstyurd yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq".

Prezident əlavə edib ki, Azərbaycan-Mərkəzi Asiya formatında Prezident Mirziyayevin müstəsna xidmətləri və xüsusi rolu var.

"Azərbaycan artıq tamhüquqlu üzv kimi bu məşvərət şurasına qoşuldu, iki dəfə fəxri qonaq qismində qoşulmuşam, son dəfəsində isə artıq Azərbaycan Mərkəzi Asiya vahid Məşvərət Şurası yaradılmışdı, bu bizi çox qürurlandırır, sevindirir. Bu çox unikal hadisədir, çünki biz Cənubi Qafqaz ölkəsiyik, amma mədəni, tarixi, etnik və siyasi əlaqələr o qədər güclü və çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər. Bu, geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Çünki Mərkəzi Asiya Azərbaycanla vahid iqtisadi və siyasi məkanda birləşir, eyni zamanda, nəqliyyat-logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var", - İlham Əliyev vurğulayıb.

Prezident bildirib ki, bütün bunların reallaşmasında Prezident Şövkət Mirziyayevin uzaqgörənliyi rol oynayıb:

"Mən tez-tez Özbəkistanda oluram, yəqin ki, bu il də olacağam. Hər səfərimdə yenilikləri görəndə çox sevinirəm, bilirəm ki, qardaş özbək xalqı və dövləti Prezident Mirziyayevin rəhbərliyi ilə uğur və inamla irəliləyir".

Son xəbərlər

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Bütün xəbərlər