“Keçən ilin dekabr ayında Azərbaycana səfərimi xatırlayırsınız? Sizə dediyim kimi, bu, Dağlıq Qarabağda yaxınlarda azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına yönəlmiş iqtisadi tərəfdaşlığın başlanmasına xidmət edirdi. Tamamilə bu məqsədlə bu gün şəhər planlaşdırma sektorunda aparıcı İtaliya şirkətlərinin bölgə üçün əsas layihələri verməkdə maraqlı olan azərbaycanlı həmkarlarına özlərini təqdim etməsi üçün onlayn görüş keçirildi”.
APA xəbər verir ki, bunu İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano deyib.
Onun sözlərinə görə, bərpa sektorundan başlayan bu təşəbbüsə önümüzdəki həftələrdə digər sektorlar da qoşulacaq. Onlayn görüşə Azərbaycanın enerji naziri, İtaliya-Azərbaycan Birgə Komissiyasının həmsədri Pərviz Şahbazov da qoşulub.
İtaliya Xarici işlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin koordinasiyası ilə İtaliya şirkətləri Azərbaycanın tam nəzarətinə keçmiş torpaqların rekonstruksiyasına və bərpasına töhfə verməyə, şəhər planlama, yaşıl enerji, ağıllı şəhərlər, həmçinin mədəni, bədii, dini irsin qorunması ilə bağlı bacarıqlarını tətbiq etməyə hazırdır.
“Bu görüş dekabrda Azərbaycanda keçirdiyim görüşün davamı idi və onlayn görüşdə OICE ( Mühəndislik, Texniki-İqtisadi Konsaltinq Qurumlarının Assosiasiyası) və seçilmiş ixtisaslaşmış şirkətlər iştirak edirdi.
Bu gün biz Azərbaycanla mülki əməkdaşlıq sahəsində vacib bir addım atırıq və inanırıq ki, özəl şirkətlər dövlətin müşayiəti ilə yaxşı biznes imkanları əldə edəcək və həmçinin bərpa işlərinə böyük töhfə verəcəklər. İtaliya və Azərbaycan arasında tezliklə xüsusi Anlaşma Memorandumu imzalanacaq və bu sənəd illərlə davam edəcək səmərəli əməkdaşlığımız üçün institusional baza yaradacaq”, - deyə Di Stefano bildirib.
İqtisadiyyat
İtaliya şirkətləri azərbaycanlı həmkarları ilə Qarabağın bərpası ilə bağlı onlayn görüş keçiriblər
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat