Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın şagird sayının azlığını bəhanə edərək Qərbi Frakiya Türk Azlığına məxsus daha 8 ibtidai məktəbi bağlamaq qərarını kəskin şəkildə qınayıb.
Bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli açıqlama verib.
O bildirib ki, bu son qərarla regionda türk azlığına məxsus ibtidai məktəblərin sayı 76-ya enib.
Nazirlik rəsmisinin sözlərinə görə, təkcə məktəblərin bağlanması deyil, həmçinin İskeçə 1 saylı Türk Azlıq İbtidai Məktəbinin birinci sinfinə qəbul zamanı süni maneələrin yaradılması da bu siyasətin tərkib hissəsidir. Öncü Keçeli vurğulayıb ki, bu addımlar Qərbi Frakiya türklərinin təhsil hüquqlarının sistemli şəkildə məhdudlaşdırılmasının növbəti sübutudur.
"Bu təzyiq xarakterli qərarlar və tətbiqlər Lozanna Sülh Müqaviləsinin müddəalarını açıq şəkildə pozur. Qərbi Frakiya Türk Azlığı ilə bağlı hüquq pozuntularını müəyyən edən beynəlxalq məhkəmə qərarlarını və aparıcı Avropa institutlarının tövsiyələrini icra etməkdən yayınan Yunanıstanı bir daha azlıqların hüquqları və əsas insan hüquqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun hərəkət etməyə çağırırıq”, - deyə Türkiyə XİN sözçüsü bildirib.
Qeyd edilib ki, Türkiyə Qərbi Frakiya Türk Azlığının hüquq və mənafelərinin müdafiəsi uğrunda apardığı mübarizəni qətiyyətlə dəstəkləməyə davam edəcəkdir.
Son xəbərlər
Türkiyədən Yunanıstana etiraz...
Siyasət
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
İdman
Arsen Venger Bakıda keçiriləcək dünya çempionatının əhəmiyyətindən danışıb
Müsahibə
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Son xəbərlər
Xəbərdarlıq: Ərzaq və su ehtiyatı toplayın
Siyasət
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular
İqtisadiyyat
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq
Siyasət
Ermənistan çobanı Azərbaycana qaytarır
Siyasət
Bu, ABŞ-a məqsədlərinə çatmağa imkan verməyəcək - Pezeşkian
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər
Ukrayna “Drujba” neft kəmərini vurdu
Son xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət