Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılıb.

Məlumata görə, Məhəmməd Balaqdaşov bir sıra cinayətlərdə ittiham olunur.

Saxlanılmasından bir gün sonra isə YAP Balaqadaşovu Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb. pizza

Məhəmməd Balaqadaşovun saxlanma səbəbi isə onun bir sıra korrupsiya cinayətlərində təqsirli bilinməsidir.

Sabiq YAP sədrinin PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrinin olması üzə çıxıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş, sonradan ağır cinayətlərə görə məhkum edilən Mövlam Şıxəliyevə məxsus, həyat yoldaşının adına rəsmiləşən əmlaklarla bağlı daha bir məhkəmə çəkişməsi yekunlaşıb.

Səbail Rayon Məhkəməsində sona çatmış prosesdə yeni diqqətçəkən məqamlar üzə çıxıb.

Gununsesi.info həmin xəbərdə bildirirdi ki, , hakim Rəna Qafarovanın qəbul etdiyi qətnamədə göstərilir ki, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən, ümumi sahəsi 3583,8 kvadratmetr, torpaq sahəsi isə 3,87 hektar olan məşhur “Çoban Bulaq” Ailəvi İstirahət Mərkəzi paylı mülkiyyət hüququ əsasında rəsmiləşdirilib.

Məhkəmə sənədlərinə görə, həmin kompleksin 1/2 hissəsi YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun həyat yoldaşı Həqiqət Balaqadaşovaya, digər 1/2 hissəsi isə Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevaya məxsusdur.

“Çoban Bulaq” Ailəvi İstirahət Mərkəzinin infrastrukturunun şimal zonasında tayı-bərabəri yoxdur.

Mərkəzdə 40 kottec, 2 şadlıq sarayı, otel, restoranlar, böyük açıq hovuz, uşaq əyləncə zonası, futbol və voleybol meydançaları, geniş yaşıllıq və istirahət ərazisi, avtodayanacaq və s. daxildir.

Mərkəzdən Xəzər dənizi sahilinə çıxış var. Mərkəzin ümumi dəyəri 20 milyon manat civarında qiymətləndirilir. Yəni əmlakın tam yarısı, 10 milyon manatlıq hissəsi Mövlam Şıxəliyevə məxsusdur.

Belə bir kompleks Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən həbsdən kənarda qalıb.

Səbail məhkəməsi müəyyən edib ki, Aybəniz Şıxəliyevanın payı Mövlam Şıxəliyevlə nikah dövründə əldə edildiyi üçün həmin hissə üzərində Mövlam Şıxəliyevin də hüququ mövcuddur.

Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxslərin əmlak kompleksinin bütövlükdə Mövlam Şıxəliyevin mülkiyyəti kimi tanınması barədə tələbi təmin etməyib. Səbəb isə kompleksin digər hissəsinin başqa şəxsə məxsus olmasıdır.

Qərarda diqqət çəkən məqamlardan biri də odur ki, iş materiallarında Xaçmaz rayonunda uzun illər Yeni Azərbaycan Partiyasının rayon təşkilatına rəhbərlik etmiş Məhəmməd Balaqadaşovun adı çəkilir.

Məhkəmə qeyd edir ki, həmin əmlakın onun tam mülkiyyətində olmasına dair sübut təqdim edilməyib və vaxtilə əmlakın həbsdən azad edilməsi də onun tam mülkiyyət hüququnu təsdiq etmir.

Bu faktlar ictimai müzakirələr üçün yeni suallar yaradır. Əgər eyni əmlak kompleksi həm ağır cinayətlərə görə məhkum edilmiş keçmiş MTN generalının ailəsi, həm də uzun illər dövlət və hakim partiya strukturlarında rəhbər vəzifə tutmuş şəxsin ailəsi ilə əlaqələndirilirsə, bu əmlak münasibətlərinin necə formalaşdığına dair cəmiyyətin sual verməsi təbiidir.

Məlum olduğu kimi, Mövlam Şıxəliyev barəsində qüvvəyə minmiş məhkəmə hökmü ilə onun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupun vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə külli miqdarda əmlak tələb etmə, qanunsuz sahibkarlıq fəaliyyəti və digər ağır cinayətlər törətdiyi müəyyən olunub. Həmin cinayət işləri üzrə çoxsaylı sahibkar və vətəndaş zərərçəkmiş kimi tanınıb.

Məhz bu səbəbdən Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş əmlakların hüquqi mənşəyi uzun illərdir araşdırma mövzusudur. Səbail Rayon Məhkəməsinin son qərarı da həmin əmlaklardan birinin başqa ailə ilə paylı mülkiyyətdə olduğunu təsdiqləyir.

Qeyd edilməlidir ki, məhkəmə qətnaməsində Məhəmməd Balaqadaşovun hər hansı cinayət əməlində iştirak etməsi və ya Mövlam Şıxəliyevin cinayət fəaliyyətinə şərik olması barədə nəticə yoxdur. Bununla belə, eyni əmlak üzərində paylı mülkiyyət münasibətlərinin mövcudluğu ictimai maraq doğuran hal kimi diqqət çəkir və gələcək hüquqi araşdırmaların predmetinə çevrilə bilər.

Məhkəmə nəticə etibarilə Xaçmaz rayonundakı “Çobanbulaq” Ailəvi İstirahət Kompleksinin Aybəniz Şıxəliyevaya məxsus hissəsində Mövlam Şıxəliyevin payını tanıyıb, lakin əmlakın bütövlükdə ona aid olması barədə tələbi rədd edib. Eyni zamanda BMW M6 markalı avtomobil və Bakı şəhərində yerləşən mənzillərdən biri də birgə nikah əmlakı kimi qiymətləndirilib.

Bu qərar bir daha göstərir ki, keçmiş MTN rəhbərliyinin ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklarla bağlı hüquqi mübahisələr hələ də tam başa çatmayıb.

Son xəbərlər

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Makronun prezidentlikdən sonrakı planı açıqlandı

ABŞ və İsrailin İranda bir məqsədi var - Netanyahu

Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir

Ərdoğan sakitləşməlidir - Netanyahu

Belə davam etsə, İran mövcud olmayacaq - Tramp

Rusiya Ermənistanı bu cür mühakimə edəcək

Putini nüvə zərbəsinə keçməyə çağırdılar

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Abadlaşan Suraxanı

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

Maqdalena Qrono Azərbaycana gəlir

Tramp da onun istefaya gedəcəyini söylədi

"Brent" markalı neft BAHALAŞDI

Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı

AB Ermənistanı öz orbitinə cəlb edir - Lavrov

ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Hakan Fidan Moskvaya gedir

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Tramp İrana qarşı əməliyyatın bərpasına işarə etdi

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Əli Əsədov yeni qərar imzaladı

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

İran ABŞ ilə danışıqları dayandırır - SON QƏRAR

Qarabağda bu yol ödənişli oldu - Rəsmi

İsrail ordusu Livanda mühüm qalanı ələ keçirdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Bütün xəbərlər