Gəlir götürmək məqsədilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılacaq.
Bunubla bağlı Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" Qanunlara təklif edilən dəyişiklik Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə "Startap" şəhadətnaməsi almış şəxslərə, texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2.5 əmsalı tətbiq edilməklə (faktiki xərcin 250 faizi miqdarında) həmin hesabat ili üzrə vergi ödəyicisinin vergitutulan gəlirindən (mənfəətindən) çıxılır. Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin qarşılıqlı surətdə asılı olan şəxslər olduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara bu maddədə nəzərdə tutulan 1.5 əmsalı tətbiq edilmir.
Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclərə yalnız aşağıdakılar aid ediləcək:
- bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor fəaliyyətində iştirak edən işçilərin əməkhaqqı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları;
- elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor fəaliyyəti zamanı sınaq və eksperimentlər üçün istifadə edilən xammal, material və ləvazimatların dəyəri;
- elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor layihəsi çərçivəsində uyğunluğu qiymətləndirən qurumlardan alınan sınaq, sertifikatlaşdırma və ekspertiza xidmətlərinin dəyəri;
- müstəsna olaraq elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində istifadə edilən maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə hesablanan amortizasiya ayırmaları.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Siyasət
Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər