Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı ritorikası fonunda sakitləşməlidir.

Bunu İsrail Baş naziri Benyamin Netanyahu “14-cü kanal”a müsahibəsində deyib.

Netanyahu Türkiyə rəhbərliyinin açıqlamalarından narahatlığını təsdiqləyib və İsrailin təhlükəsizliyinin təhdid olunmasına yol verməyəcəyini vurğulayıb.