Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində etiraz aksiyası keçirilib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məqsəd Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icma hakimiyyətinin nümayəndəsinin həlak olmasına, mina xəritələrini verməkdən imtina edən Ermənistanın yolverilməz davranışına, terrorçu dövlət olmasına diqqəti cəlb etmək olub.

Şəhərin “Westheimer Road & Post Oak” bulvarı ərazisində təşkil edilən aksiya zamanı soydaşlarımız baş vermiş faciəyə hiddətlərini Məhərrəm İbrahimovun və Sirac Abışovun portretlərini, “Jurnalistlər minalarla öldürüldü!”, “Erməni yalanlarına YOX deyin!”, “Erməni terrorizmi”, “Təhlükəli minalar!” şüarlarının, mina partlayışlarının qorxunc təsvirlərinin əks olunduğu plakatları nümayiş etdirməklə bildiriblər.

Azərbaycanlı icmasının nümayəndələri, həmçinin şəhərdə etiraz yürüşü keçiriblər. Sonra mərkəzi parklardan birində, şəhid olmuş jurnalistlərin xatirəsinə, yaradılan guşəyə qərənfillər düzüblər.

Samir Novruzov bildirib ki, aksiyalar zamanı Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi kəskin şəkildə pislənilib. Bu, azad edilmiş torpaqlarımızda və regionda sülhün və normal həyatın bərpa edilməsinə maneə kimi qiymətləndirilib. Soydaşlarımız dünya ictimaiyyətini və nüfuzlu media təşkilatlarını Ermənistanın beynəlxalq konvensiyaları pozmasına göz yummamağa, bu problemin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.

Son xəbərlər

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Bütün xəbərlər