Bakıdakı 46 saylı yəhudi məktəbinin müdiri, “Vaad le-atsala” yəhudi təşkilatının Azərbaycan filialının sədr müavini Zamir İsayev erməni işğalından azad edilmiş Zəngilan rayonuna səfər edib.
Bu barədə "Stmegi" portalı məlumat yayıb.
Z.İsayevin sözlərinə görə, səfər Diasporlarla İş üzrə Dövlət Komitəsinin və Prezident Adminstrasiyasının dəstəyi ilə təşkil olunub.
“Mənim tərəfimdən orada iki reportaj hazırlanıb – həm ivrit, həm də rus dillərində. Yolumuz Füzuli və Cəbrayıl rayonlarından keçirdi. Açığını desəm, gördüklərimdən şoka düşdüm. Çox dəhşətli mənzərə idi. Orada gördüklərimi sözlərlə ifadə etmək mümkün deyil. Bu, ən yüksək dərəcəli vandalizmdir. Ermənilərin bu şəhərlərdə daş üstə daş qoymamasını heç bir səbəblə izah etmək və anlamaq olmur”, - deyə ravin bildirib.
O ehtimal edir ki, ermənilər burada azərbaycanlıların bütün izlərini silməyə çalışıb və ərazilərin geri qaytarılacağı təqdirdə onların bərpasını çətinləşdirmək üçün belə ediblər.
“Bu şəhərlərdəki mənzərə qiyamət günündən sonrakı vəziyyəti xatırladır. Sanki bu ərazilərə nüvə bombası atılıb. Zəngilana gedən yolda Azərbaycanın bu əraziləri bərpa etməyə başladığını görmək mümkündür. Əkin prosesi gedir, sahələrdə traktorlar işləyir. Bəzi yerlərdə isə minalardan təmizlənmə işləri aparılır. Azad olunmuş torpaqlarda kənd təssərrüfatı dirçəlir. Zəngilanda XVIII əsr məscidinin və XIII əsr sərdabəsinin dağıdıldığını gördüm. Bizi Zəngilan şəhər icra hakimiyyətinin nümayəndəsi müşayiət edirdi. O, bizə məktəb, xəstəxana, inzibati binaların xarabalıqlarını göstərdi. Şəhər bünövrəsinədək dağıdılıb. Bu, sözlə təsvir olunması mümkün olmayan vəhşilikdir”, - deyə Z.İsayev qeyd edib.
Ravin onu da bildirib ki, tezliklə Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın xalqının bu əraziləri bərpa edəcəyinə inanır.
“Əminəm ki, 30 il öncə olduğu kimi bu ərazilərdə həyat yenidən canlanacaq və biz buna çox sevinirik”, - deyə məktəb direktoru əlavə edib.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Son xəbərlər
Zamir İsayev: “Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar” - FOTO
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər