İranın nüvə proqramının dinc məqsədlər üçün istifadə edilməsinə dair 2015-ci ildə qəbul edilmiş razılaşmanın (Birgə Hərtərəfli Fəaliyyət Planı) bərpasına dair diplomatik çək-çevirlər davam edir.

Danışıqların yenidən zühur etməsi bu yaxınlarda İranın nüvə silahı hazırlaması üçün resursunun olduğunu deməsindən sonraya təsadüf edir.

Beynəlxalq mətbuatda çıxan informasiyaların, yazılan təhlillərin, verilən rəsmi açıqlamaların ruhu isə göstərir ki, İrana öz ambisiyasından müvəqqəti də olsa geri çəkilməsi üçün təsirlər göstərilib, Qərb də Tehranın bəzi tələbləri qarşısında jest göstərməyə hazırlaşır.

Bunun izləri Vyanada keçirilən danışıqların xarakterinə hopub, nüvə sazişinin yenilənməsi üçün “yekun” mətnin hazırlanması fikri diplomatik məkanda aktuallıq qazanıb.

Danışıqlar Avropa İttifaqının vasitəçiliyi ilə keçirilir və müzakirələrdə Rusiya, Böyük Britaniya, Fransa, Çin və İran təmsilçiləri iştirak edirlər.

ABŞ isə danışıqlarda birbaşa iştirak etmir, hərçənd ki, Vaşinqtonu təmsil edən diplomatlar da Vyananı “su yoluna” döndərirlər və son müzakirələr də elə iki ölkə diplomatları arasında baş tutur.

Yuxarıda yekun anlayışını ona görə dırnağa aldıq ki, ortada hələ belə bir mətn yoxdur, ola bilsin ki, ümumi və konseptual razılıq əldə edilib. Lakin həmin ümumi yanaşmanın detallarını işləyib-hazırlamaq əməlli zaman aparacaq və gərgin diplomatik-siyasi danışıqlardan sonra baş tutacaq.

İranla şifahi sövdələşmə ABŞ rəhbərliyinə çatdırılmalıdır və yeni sazişin bağlanması üçün də Vaşinqton öz səylərini danışıqların tərəfi olan digər ölkələrlə də birləşdirməlidir.

Müzakirələrin rəngini qaraldan danışıqların tərəfi olmayan, kənar qüvvə İsraildir, Təl-Əvivin Tehrana qarşı qətiyyətli dirənişi danışıqların mahiyyətini mürəkkəbləşdirir.

İsrail iki ay öncə İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin 2004 və 2005-ci illərə aid bir neçə sənədini nüvə araşdırmalarından sistemli şəkildə yayınmaq üçün oğurladığını ictimailəşdirmişdi.

İsrail hər vəchlə sübut etməyə çalışır ki, bağlanacaq istənilən saziş Tehranın xeyrinədir və İrana nüvə silahı qazandıracaq əsaslardır.

Keçən iki ay bu sənədlərlə İrana təzyiq mexanizmləri yaratmaq üçün istifadə edildi, lakin İranın nüvə silahı əldə etmək ehtimalı ortaya çıxandan sonra həmin fayllar seyfə qoyularaq ağzı bağlanmış kimi görünür.

Məsələn, Avropa İttifaqında belə mövqe var ki, İranın bir neçə obyektində aşkar edilən qeyri-müəyyən uran izlərinin araşdırılması Beynəlxalq Atom Enerjisi Agentliyinin səlahiyyətində olan texniki məsələdir və bunun 2015-ci il sazişinin bərpası üçün aparılan danışıqlarla əlaqəsi yoxdur.

Üstəgəl, Tehran uran izlərinin mənşəyi ilə bağlı tutarlı cavablar verərsə, Agentliyin Rəhbərlər Şurası nüvə materialına dair araşdırmanı bağlayan qətnamə qəbul edə bilər.

Birbaşa olmasa da, bu, İsrailin tələblərinin nisbətən arxa plana atılması anlamına gəlir, hərçənd ki, Təl-Əviv bundan sonra İranı ifşa etməkdən vaz keçməyəcək.

Qərbin çəkicini Rusiya, Çin və İran üzərinə qaldırması bu üç ölkənin nüvə sazişi mövzusunda platforma yaratmasını aktuallaşdırır, amma istər Pekin, istərsə də Moskva Tehranın nüvə silahına malik olmasını istəmirlər.

Bu istək Qərbə sərf edir, İsrail üçün nisbi nikbinlik, Tehran üçün isə bədbinlikdir.

2015-ci il sazişinin canlandırılmış variantının qüvvəyə minməsi qarşılıqlı göz yummalar, tərəflərin bir-birindən əhəmiyyətli zəmanətlər istəməsi ilə baş tuta bilər. Həmin qarşılıqlı güzəştlər məqbul hesab edilsə, İran nüvə təsisatlarının təftişinə heç bir əngəl yaratmamalıdır və şəffaflıqdan yayınan addımlardan çəkinməlidir.

Qərb isə istədiyi zaman sazişi tərk etməyəcəyinə və İrana qarşı sanksiyaları qaldırmağa zəmanət verməlidir.

Son xəbərlər

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Bütün xəbərlər