Səudiyyə Ərəbistanı İranın zərbələri nəticəsində dəyən ziyanı qiymətləndirdikdən bir neçə gün sonra "Şərq-Qərb" boru kəmərinin işini sutkada təxminən yeddi milyon barel neft həcmində tam bərpa edib.

Bu barədə ölkənin Energetika Nazirliyi "X" platformasında məlumat yayıb.

"Hücumlar nəticəsində zədələnmiş enerji obyektləri və "Şərq-Qərb" elektrik ötürücü xətti iş qabiliyyətini bərpa edib ki, bu da tədarükün etibarlılığını artırıb", - deyə idarənin mesajında bildirilir .

Xatırladaq ki, aprelin 8-də boru kəmərinə PUA hücumu edilib. Hücumlar səbəbindən hasilat və "Şərq-Qərb" boru kəmərinin ötürmə qabiliyyəti sutkada demək olar ki, 700 min barel azalıb. Həcmlərin bərpası qismən Manifa neft yatağı hesabına təmin edilib, hücumlar nəticəsində orada hasilat sutkada 300 min barel azalıb.