Almaniyanın idman və lüks avtomobil istehsalçısı "Porsche" şirkəti "Bugatti Rimac" və "Rimac Group" şirkətlərindəki payının beynəlxalq investorlar konsorsiumuna satıldığını elan edib.
Məlumata görə, "Porsche" "Bugatti Rimac" və "Rimac Group" şirkətlərindəki payını Nyu-Yorkdan olan "HOF Capital" investisiya şirkətinin rəhbərlik etdiyi konsorsiuma satmağa razılıq verib.
"Əməliyyat üzrə müvafiq müqavilələr aprelin 24-də imzalanıb. Yekun müqavilələr müvafiq tənzimləyici orqanların təsdiqləri də daxil olmaqla, standart ilkin şərtlərin yerinə yetirilməsindən asılıdır", - deyə şirkət açıqlamasında bildirib.
"Porsche" və "Rimac Group" şirkəti 2021-ci ildə "Bugatti Rimac" birgə müəssisəsini təsis ediblər.
"Bu birgə müəssisədə "Porsche" 45%-lik minoritar (minoritar paket - ölçüsü müəssisənin səhmlərinin 50%-dən az olan səhmlər bloku) paketə sahibdir, "Rimac Group" isə 55% paya sahibdir. Bundan əlavə, "Porsche" "Rimac Group"un özündə də 20.6% paya sahibdir. Elan edilən müqavilə çərçivəsində "Porsche" səhmlərini "HOF Capital"ın rəhbərlik etdiyi konsorsiuma satmaqla, hər iki şirkətin kapitalından tamamilə çıxacaq. Bu konsorsiuma ən böyük investor kimi "BlueFive Capital", eləcə də ABŞ və Aİ-dən olan institusional investorlar qrupu daxildir. Müqavilə başa çatdıqdan sonra "Rimac Group" "Bugatti Rimac"ı öz nəzarətinə götürmək və gələcək böyüməni dəstəkləmək üçün "HOF Capital" və "BlueFive Capital" ilə strateji tərəfdaşlıq qurmaq niyyətindədir", - deyə açıqlamada qeyd edilib.
Texnologiya
Porsche" "Bugatti" brendindən imtina edir
İdman
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Siyasət
TDT XİN Şurasının iclası keçirildi
Müsahibə
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Hərbçilərinin maaşı 22,8% artacaq
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya
NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...
Siyasət
Nyu-Yorkda Paşinyan Pezeşkianla görüşdü
Son xəbərlər
Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət