30 aprel 2026-cı il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyinin təşkilatçılığı və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tərəfdaşlığı ilə “Gənclərin Peşəkar İnkişaf İmkanları” mövzusunda “LevelUP” karyera forumu baş tutub.
Forumun əsas məqsədi gənclərin peşəkar inkişaf istiqamətində
məlumatlandırılması, onların şəxsi və karyera potensiallarının üzə çıxarılmasına dəstək olmaq, həmçinin müasir əmək bazarının tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsi imkanlarını təqdim etmək olub.
Tədbirin açılış mərasimində çıxış edən Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Kamran Nəsirov, GİKM-in Mil-Muğan regional nümayəndəliyinin koordinatoru Bilal Muxtarov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Təcrübə işləri üzrə direktor müavini, təcrübə rəhbəri İlham Hüseynov qeyd ediblər ki, ölkədə həyata keçirilən gənclər siyasəti çərçivəsində gənclərin peşəkar inkişafına xüsusi diqqət yetirilir və bu kimi platformalar onların öz potensiallarını düzgün istiqamətdə inkişaf etdirmələrinə mühüm töhfə verir.
Paneldə – Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Məhərrəm Cəfərzadə, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Murad Həsənli, Sabirabad STEAM mərkəzinin direktoru Kənan Səmədov, Mil-Muğan Regional Təhsil
İdarəsinin Sabirabad rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Hafiz Məmmədov çıxış ediblər.
Çıxışlarda əsasən gənclərin peşəkar inkişaf imkanları, müasir dövrdə tələb olunan bacarıqlar, əmək bazarının dinamikasına uyğunlaşma və davamlı özünüinkişafın əhəmiyyəti mövzularına toxunulub. Vurğulanıb ki, gənclərin maraq və bacarıqlarına uyğun istiqamətdə inkişaf etməsi onların gələcək karyera uğurunun əsasını təşkil edir. Eyni zamanda qeyd olunub ki, praktiki təcrübənin artırılması, yeni bilik və bacarıqların əldə olunması, həmçinin dəyişən iş mühitinə çevik uyğunlaşma peşəkar inkişafın vacib komponentlərindəndir.
Tədbir interaktiv müzakirələr, sual-cavab sessiyası və fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gənclərə peşəkar inkişaf istiqamətində faydalı tövsiyələr verilib![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Bölgə
Sabirabadda “LevelUP” Karyera Forumu keçirilib.
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə