Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmaya başlayıb.
Bu barədə məlumatı APA yayıb. Bildirilib ki, Hesablama Palatasının müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb. Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub. Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.
Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.
Yoxlama aparılan icra hakimiyyətinin başçısı kimdir?
Gəncənin icra başçısı Niyazi Bayramovdur. O, Prezident İlham Əliyevin 28 avqust 2018-ci ildə imzaladığı Sərəncamla bu vəzifəyə təyin olunub.
Bölgə
Prokurorluq 70 yaşlı icra başçısını yoxlayır
Siyasət
TDT XİN Şurasının iclası keçirildi
Müsahibə
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Hərbçilərinin maaşı 22,8% artacaq
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya
NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...
Siyasət
Nyu-Yorkda Paşinyan Pezeşkianla görüşdü
Son xəbərlər
Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər