Avropa Birliyi liderləri Ukraynanın AB-yə üzvlük prosesinin birinci mərhələsinə başlamaq üçün ilkin şərtlərin formalaşdığını bildiriblər ki, bu da Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəni bloka daxil etmək səylərinə ciddi dəstək sayılır.
Nəşr qeyd edir ki, Kiprda keçirilən sammitdə liderlər razılaşıblar ki, üzvlüklə bağlı ilk danışıqlar yaxın həftələr və ya aylar ərzində başlaya bilər. Bu barədə AİBnümayəndəsi məlumat verib.
Bununla belə bildirilib ki, Ukraynanın AB-yə qəbul olunacağı konkret tarixlə bağlı hələ heç bir vəd verilməyib. AB-yə son qoşulan ölkə olan Xorvatiyanın üzvlük prosesi təxminən on il çəkmişdi.
“Genişlənmə ilə bağlı səylərin yenidən aktivləşməsi Rusiyaya qarşı yeni sanksiyalar paketinin razılaşdırılması və kredit blokadasının aradan qaldırılmasından sonra baş verib. Bu, qismən Macarıstanın baş naziri Viktor Orbanın seçkilərdə məğlubiyyəti ilə əlaqələndirilir.
Kiyev və Brüsseldəki rəsmilər ümid edirdilər ki, Orbanın hakimiyyətdən getməsi üzvlük prosesini sürətləndirəcək, xüsusilə də Ukraynanın AB meyarlarına uyğunluğunun rəsmi qiymətləndirilməsi məsələsində. Orban bu prosesi də bloklayırdı.
Gözlənilir ki, bu ay Orban üzərində inamlı qələbə qazanan Peter Magyar mayın əvvəlində Macarıstanın yeni baş naziri kimi and içəcək. Lakin Orbandan başqa da maneələr qalmaqdadır.
Vacib məqam odur ki, danışıqların başlanmasına razılıq verilsə də, bir çox üzv dövlətlər müraciət prosesini sürətləndirməkdə maraqlı deyillər. Bu proses adətən uzun illər davam edir. Ukraynanın üzvlük müraciəti xüsusilə həssasdır, çünki bunun AB büdcəsinə, eləcə də kənd təsərrüfatı və nəqliyyat sektorlarına mümkün təsiri ilə bağlı narahatlıqlar var”, - nəşr vurğulayıb.
Siyasət
İlk mərhələ başlayır: Ukrayna nə vaxt AB üzvü olacaq?
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət
Merz qəfil Kiyevə gəldi
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət
Ceyhun Bayramov Abbas Əraqçı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər