Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov mayın 6-7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu keçirib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, nazir əvvəlcə İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib.
Daha sonra polis şöbəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaş müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, həmçinin vətəndaş məmnunluğunun təmin olunması məqsədilə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin böyük hissəsi yerindəcə həll olunub, digər məsələlər isə nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışını da keçirib. Yoxlama zamanı xidmətə qəbul şərtlərinə uyğun gələn 216 nəfər növbəti mərhələyə buraxılıb.![]()
![]()
Bölgə
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya
NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...
Siyasət
Nyu-Yorkda Paşinyan Pezeşkianla görüşdü
Son xəbərlər
Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix