Ağ Ev Konqresə İrana qarşı hərbi əməliyyatın bitdiyini bildirən məlumat ünvanlayıb.

ABŞ Prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi mesajda deyilir:

"28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatıb".

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Aprelin 8-də Tramp atəşkin elan olunduğunu açıqlayıb.