ABŞ Hərbi Dəniz Qüvvələri İranın kölgə donanmasına məxsus “M/V Sevan” tankerini ələ keçirib.

Bu barədə CENTCOM-dan məlumat verilib.

“Tanker İranın neft və qaz məhsullarını daşıdığına görə ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altında idi. Tanker daha sonra ABŞ-ın hərbi müşayiəti altında İrana geri göndərilib”, - məlumatda qeyd olunub.