Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya işgüzar səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“İyunun 15-17-də baş tutacaq səfər çərçivəsində Hakan Fidanın Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqları, eləcə də digər ikitərəfli görüşləri planlaşdırılır”, - o bildirib.