Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərə səfərə gedəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Fevralın 3-də səfər edəcək Hakan Fidanın sözügedən ölkənin rəsmi şəxsləri ilə ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.