Azərbaycanla Çin arasında azad ticarət haqqında müqavilə imzalana bilər.
İnterxəbər.Az Oxu.Az-a istinadən xəbər verir

İqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında deyib ki, Çin bazarları Azərbaycan üçün strateji olsa da, həm də çətindir:

“Rəqabət aparmaqla məhsulların Çin bazarlarına daxil olması o qədər də asan məsələ deyil. Çünki Çində güclü rəqabət var. Bununla belə, Azərbaycan üçün bazarların diversifikasiyası və fərqli məhsulların ixracı prioritetdir”.

Ekspertin sözlərinə görə, Azərbaycan çalışmalıdır ki, ixracatı şaxələndirsin və fərqli bazarlara məhsullar göndərsin.

İqtisadçı bildirib ki, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 50 faizindən çoxu Azərbaycanın payına düşür:

“Azərbaycan Çinin ən böyük ticarət tərəfdaşı olduğuna görə, iki ölkə arasında azad ticarət haqqında müqavilənin imzalanması imkanları var. Eyni zamanda, nəzərə alaq ki, bu ilin aprel ayında Azərbaycan Prezidenti Çində olarkən iki ölkə arasında ümumi dəyəri 820 milyon dollardan çox olan 10 müqavilə imzalanıb. Bu o deməkdir ki, tərəflər iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı baza müqavilələrini imzalayıblar. Buna görə də gələcəkdə Azərbaycanla Çin arasında azad ticarət haqqında müqavilənin imzalanması mümkündür.

Azərbaycan Çin bazarlarına, əsasən, kənd təsərrüfatı məhsulları ilə daxil olmağa çalışır. Bu müqavilə imzalansa, Azərbaycan məhsullarının Çində rəqabət qabiliyyəti yüksələ bilər”.

Belə bir anlaşmanın əldə olunduğu təqdirdə, Azərbaycanın qazanacağı dividendlərə gəlincə, V.Bayramov vurğulayıb ki, Çinin dünyanın ən böyük ixracatçısı olduğunu nəzərə almaq lazımdır:

“Müqavilə imzalansa, Azərbaycan Çinə meyvə, nar şirələri ilə daxil olmaq imkanları qazanacaq. Eyni zamanda, Azərbaycanın gəlirlərinin artmasına səbəb olacaq. Bu müqavilə ticari olsa da, Çindən Azərbaycana gələn turistlərin də sayına birbaşa təsir edəcək. Bu isə daha çox valyutanın Azərbaycana daxil olması deməkdir. Bu baxımdan belə bir anlaşmanın imzalanması Azərbaycan üçün qeyri-neft sektorunda valyutanı artırmaq imkanları verəcək”.

Xatırladaq ki, 2017-ci ildə Çinlə qonşu Gürcüstan arasında azad ticarət haqqında müqavilə imzalanıb. Razılaşmaya görə, Gürcüstan məhsullarının 94 faizi Çin bazarlarına gömrük rüsumu olmadan ixrac olunur.

Son xəbərlər

Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Bütün xəbərlər