Ermənistan növbəti dəfə MDB tədbirini boykot edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.
Belə ki, rəsmi İrəvan Beynəlxalq Ticarət Mərkəzində keçirilən MDB İqtisadi Şurasının 101-ci iclasına Belarusdakı səfiri Razmik Xumaryanı göndərib.
Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib.
Qeyd edək ki, MDB İqtisadi Şurasının 101-ci iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.
Xatırladaq ki, Ermənistan bir müddətdir ki, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan imtina edir. Rəsmi İrəvan MDB İqtisadiyyat Şurasının ötən ilin dekabrın 8-də keçirilən 100-cü yubiley iclasına da yüksəksəviyyəli nümayəndə heyəti göndərməkdən imtina etmişdi. Həmin tədbirdə də Ermənistanı Belarusdakı səfiri təmsil etmişdi.![]()
![]()
![]()
Siyasət
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
Hadisə
Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - Din görüntüləri yaydı
Müsahibə
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb
Son xəbərlər
Külək güclənəcək - Xəbərdarlıq verildi
Son xəbərlər
İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı
Son xəbərlər
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
Hadisə
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
Siyasət
Tramp İrana qarşı hiyləgər taktikadan danışdı
Siyasət
Rəsmi Bakı: Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Siyasət
İran ABŞ-ın radar sistemini məhv etdi
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir
Siyasət
Avropanın tələbi Gürcüstanı məhv edə bilər - Kaladze
Texnologiya
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə