Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə müsahibə əsasında “Dostluğun qızıl standartı” adlı məqalə çap edib.

AZƏRTAC xəbər verir ki, H.Hacıyev qəzetin əməkdaşı Sie Ventin növbədənkənar prezident seçkisində qalib gələn Prezident İlham Əliyevin liderliyində Azərbaycanın Çin ilə münasibətlərinə, ölkəmizin xarici siyasətində Çinin yerinə, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinə, iki ölkənin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə əməkdaşlığına, Çinin qlobal inkişafdakı payına dair suallarını cavablandırıb.

Administrasiya rəsmisi bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Prezident İlham Əliyev ölkənin inkişafı ilə bağlı yeni prioritetlər müəyyən edib. Ölkəmizin yaxın dost və tərəfdaşı olan Çin ilə münasibətlərin inkişafı da Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı Azərbaycanın Çin ilə strateji əməkdaşlığının və tərəfdaşlığın genişləndirilməsində, yeni səviyyəyə qaldırılmasında maraqlıdır. İki ölkə arasında əla siyasi münasibətlər, iqtisadi-ticarət, o cümlədən enerji, nəqliyyat sahələrində yaxın əməkdaşlıq var. Azərbaycan “Vahid Çin” prinsipini daim dəstəkləyir.

Şöbə müdiri bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari sahədə əməkdaşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi qəbul edir. Prezident İlham Əliyev bu amilləri nəzərə alaraq Çin ilə əməkdaşlığı Azərbaycanın prioritetlərindən biri kimi müəyyənləşdirib. İki ölkə arasında iqtisadi-ticari münasibətlər davamlı inkişaf edir, Çin şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasında iştirak edir. Bununla belə ölkələrimizin iqtisadi əməkdaşlığı üçün daha geniş imkanlar var. Azərbaycan milli prioritetlərdən biri olan rəqəmsal və yaşıl keçid sahələrində Çini tərəfdaş kimi görür. Bu istiqamətdə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpa olunan enerji avadanlığı və elektrik avtomobillərinin birgə istehsalı mümkündür.

Azərbaycan-Çin əməkdaşlığında “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vurğulayan Prezidentin köməkçisi bu xüsusda Orta Dəhlizin əhəmiyyətini qeyd edib, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Çin ilə Avropa arasında vacib bağlantını təmin etdiyini deyib.

Azərbaycanın COP29-a ev sahibliyindən danışan şöbə müdiri H.Hacıyev bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsinə dair qərar beynəlxalq ictimaiyyətin ölkəmizə hörmət və etimadının göstəricisidir. Qazıntı yanacağı ixrac edən Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hamı üçün əsas çağırışdır və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində Qlobal Cənub və Qlobal Şimal arasında anlaşma və həmrəyliyin qurulmasına çalışacağını bildirən Administrasiya rəsmisi əlavə edib ki, ölkəmiz COP29 ilə əlaqədar fundamental məsələlər üzrə bütün tərəflərlə dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı ölkələrindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir.

H.Hacıyev müsahibəsində bəzi media orqanlarında Çin sərmayələrinin və şirkətlərinin “təhlükəsizlik təhdidi” kimi təqdim olunmasını Çinə qarşı ədalətsiz yanaşma kimi şərh edərək, Çin texnologiyasının dünyada ən yaxşılardan biri olduğunu, ölkəmizdə rəqəmsal keçid prosesində də Çin məhsullarından istifadə olunduğunu diqqətə çatdırıb.

İqtisadi inkişafın ədalətli rəqabətə əsaslanmalı olduğunu vurğulayan H.Hacıyev, bəzi ölkələrin təhlükəsizlik və digər mövzularda lazımsız təbliğatla məşğul olduqlarını, bunun dürüst rəqabətə və iqtisadi inkişafa mane olduğunu bildirib. Bəzi ölkələrdə Çin şirkətlərinə qarşı aparılan təbliğat təəssüf doğurur. Bu, Azərbaycanın gündəliyinə uyğun deyil. Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir.

Şöbə müdiri Çinin tərəqqisinin, qlobal inkişafa töhfələrinin dost ölkələri sevindirdiyini, Çinin irəli sürdüyü qlobal təşəbbüslərin əməkdaşlığı və inkişafı təşviq etdiyini bildirib. Çin COVID-19 pandemiyasını dövründə “peyvənd milliyyətçiliyi” nümayiş etdirən bəzi Qərb ölkələrindən fərqli olaraq ehtiyacı olan ölkələrə peyvənd tədarük edib. Dövlətimizin başçısının Çin liderinə müraciətinə cavab olaraq, Çin Azərbaycana vaksin göndərərək, xalqımızın sağlamlığı və rifahına öz töhfəsini verib. Bu həmrəylik aktı ölkələrimiz arasında mövcud olan tərəfdaşlıq nümunəsidir.

Son xəbərlər

Adullazadə Fatimə Cavad qızı – Azərbaycan Kikboksinqində yeni qürur səhifəsi

Düşünürdüm ki, Putinlə bunu həll edəcəm… - Tramp

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Çinlə yaxşı razılaşma əldə edə bilərik - Tramp

Kremldən Putin-Tramp görüşü ilə bağlı açıqlama

Tramp Si Cinpinlə görüş planlarını açıqlayıb

Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Gold Residence MMC – Etibarlılığın, Keyfiyyətin və Müasir Yaşayışın Simvolu

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Türkiyə XİN Azərbaycanı təbrik etdi

O, şan-söhrət axtarmır, hər dəfə yanımda olub - Tramp

Sumqayıtda Yeni Avtobus Xətləri:

Ərdoğan Qəzzaya gedəcək

İsraildə həbs edilən azərbaycanlılar azad olundu

Tanınmış Vəkil Yeni Direktor Oldu

Paşinyan Azərbaycanı təbrik etdi

Ərdoğan Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

Asayişin Keşiyində dayananlar

Viktor Orban Azərbaycana gəlir

Rusiyanın Xəzərə doğru üzən gəmisi məhv edildi

Nobel almamaq ABŞ üçün təhqir olar – Tramp

Avropanın "dron divarı" Macarıstana görə baş tutmaya bilər

Lukaşenko yaşlı adamdır, öz dünyasında yaşayır - Zelenski

Bayramov Rubionun ev sahibliyi etdiyi tədbirdə - Foto

Prezident və ailəsi Nyu Yorkda - Foto

Pezeşkian ABŞ-a gedir

İsrail 36-cı diviziyanı Qəzzaya yeritdi

Naxçıvanda müəllimə məktəb direktorunu döydü

Pezeşkianın Ərdoğanla səmimi görüşü onları dəli etdi

İran geosiyasi dəyişikliklərə niyə dözümsüz yanaşır?

Bütün xəbərlər