İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran müştərək iqtisadi komissiyasının həmsədri Şahin Mustafayev avqustun 4-də Prezident Həsən Ruhani ilə görüşüb

Görüşdə Həsən Ruhani deyib ki, İran xarici siyasətində Azərbaycan da daxil olmaqla qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsinə üstünlük verir və ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olmasını dəstəkləyir.

İran Prezidenti əlaqələrin inkişafından məmnunluğunu bildirərək rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərin xalqlarımızın maraqlarına cavab verdiyini deyib. Vurğulayıb ki, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün müxtəlif sahələrdə böyük imkanlar mövcuddur.

Prezident Həsən Ruhani Şimal-Cənub dəhlizinin qarşılıqlı əlaqələrin möhkəmlənməsindəki xüsusi roluna toxunaraq qeyd edib ki, Azərbaycan İranın Qafqaz bölgəsi ilə əlaqələrinin möhkəmlənməsində tranzit ölkə ola bilər. Azərbaycan da İran vasitəsilə Fars körfəzinə və Oman dənizinə çıxa və bölgənin digər məntəqələri ilə iqtisadi əlaqələr qura bilər. Buna görə də mövcud imkandan istifadə etmək üçün əməkdaşlığı gücləndirmək zəruridir.

Qonşu ölkənin dövlət başçısı enerji sahəsində də əlaqələrin gücləndirilməsini mühüm hesab edərək nəzərə çatdırıb ki, iki ölkənin Xəzər dənizində birgə investisiya imkanları neft və qaz sektorlarında müştərək sərmayə yatırımları üçün münasib başlanğıc ola bilər.

Şahin Mustafayev Qərb dövlətləri ilə nüvə proqramına dair müzakirələrdəki böyük uğur münasibətilə İran xalqını təbrik edərək deyib ki, Azərbaycan dövləti və xalqı İranın bu böyük nailiyyətinə sevinir. Azərbaycan əmindir ki, bu razılaşma nəinki regionda, eləcə də dünyada sülhün və sabitliyin xeyrinə olacaq, xalqlarımız üçün fayda gətirəcək.

Nazir iki ölkə prezidentlərinin ötən il həyata keçirdikləri qarşılıqlı rəsmi səfərlərdən sonra ikitərəfli əlaqələrin və əməkdaşlığın yüksələn xətlə inkişaf etməkdə olduğunu vurğulayıb. Şahin Mustafayev, həmçinin Tehrana səfərində onu müşayiət edən yüksək səviyyəli heyətin tərkibinə toxunaraq deyib ki, Azərbaycan İran ilə enerji, ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, neft, neft-kimya və bank sahəsi də daxil olmaqla müxtəlif sahələrdə münasibətləri genişləndirmək əzmindədir.

Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin xüsusi məktubunu İran Prezidenti Həsən Ruhaniyə təqdim edib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.

Son xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - YENİLƏNİB + FOTO/VİDEO

Hacıyev-Qriqoryan görüşü: Avropa İttifaqının etməli olduqları - ŞƏRH

Qarabağda lokal antiterror tədbirləri nəticəsində şəhid olan və yaralanan hərbçilərimizin sayı açıqlandı

Zidanın məşqçisi olmaq istədiyi komanda məlum olub

Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Türkiyə Prezidenti: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik”

İlham Əliyev: “Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir

Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - YENİLƏNİR - CANLI YAYIM

Şuşa gələn il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə bilər

Fransa qoşunlarını Nigerdən çıxarır

Ərdoğan sabah Naxçıvana səfər edəcək

Sülh, qarşılıqlı anlaşma və hörmət - “Kaspi”nin TƏHLİLİ

Ceyhun Bayramov Antonio Quterreş ilə görüşəcək

Xankəndiyə doğru: Prosesin icrası - TƏHLİL

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

Çinin BMT-dəki rəsmisi: “Ermənistan və Azərbaycan arasında dialoq beynəlxalq sabitliyin maraqlarına uyğundur”

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb

Yaşar Güler Zakir Həsənovu təbrik edib

Əliyevin xalqa müraciəti: Azərbaycanın təkliflər paketi regional müstəvidə - TƏHLİL

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir - YENİLƏNİB + FOTO/CANLI YAYIM

İlham Əliyev: “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır

Prezident İlham Əliyev xalqa müraciət edəcək

Xarici İşlər Nazirliyində brifinq keçirilir - CANLI YAYIM

“Hraparak”: “Azərbaycan tərəfi Qarabağdakı separatçılara konkret siyahı təqdim edib”

Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib - RƏSMİ

Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub

Ermənistanda sosial şəbəkələrdə zorakılıq çağırışları edən adama qarşı cinayət işi açılıb

Müdafiə Nazirliyinin Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı brifinqi - CANLI YAYIM

Polis Seymur Mahmudovla vida mərasimi keçirilir - FOTO

Azərbaycan Prezidentinin Administrasiyasından Qarabağda yaşayan erməni sakinlərə ÇAĞIRIŞ

Şoyqu İran Ordusunun Baş Qərargah rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

MN: Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir

Bütün xəbərlər