G7 (Böyük Yeddilik) ölkələri Ermənistan və Azərbaycanı sülh prosesinə sadiq qalmağa çağırıb.
Müvafiq bənd qrupa daxil olan ölkələrin XİN başçılarının İtaliyada keçirilən toplantısından sonra qəbul edilmiş bəyanatında yer alıb.
“Biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq. Biz tərəflərin 7 dekabr 2023-cü il tarixində verdikləri Birgə Bəyanatı xatırlayır və onları gələcək qarşılıqlı fəaliyyətlərində bu əməkdaşlıq ruhunu qorumağa çağırırıq”, - sənəddə bildirilir.
Qeyd olunur ki, G7 və onun üzvləri bütün səviyyələrdə qurulmuş danışıqlar çərçivəsində gələcək konstruktiv təmasları asanlaşdırmağa hazırdırlar.
“Biz Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyinin vacibliyini bir daha təsdiq edirik. Biz regional əməkdaşlığın artırılmasına və bütün sərhədlərin, o cümlədən Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasına çağırırıq”, - bəyanatda vurğulanır.
Mənbə: state.gov
Siyasət
G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış
İqtisadiyyat
Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Müsahibə
Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Siyasət
Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Hadisə
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Siyasət
Müharibənin bitməsinin açarı... - Rubio
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat
Antalyada COP31 başladı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə