Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Azərbaycan vətəndaşları tərəfindən heç bir müraciət daxil olmayıb.
Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, terror aktının qurbanları haqqında ilk məlumatlar yayılmağa başlayan kimi səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib. “İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda olmayıb. Lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı, böyük ehtimalla Rusiya vətəndaşı olan azərbaycanlının adı olub.
Hazırda Azərbaycan Respublikasının səfirliyi bu məlumatların, o cümlədən qətlə yetirilən şəxsin meyitinin yeri, habelə mərhumun qohumları və yaxınları haqqında məlumatların dəqiqləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir”, - deyə səfirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, son məlumata görə, martın 22-də törədilmiş terror aktı nəticəsində 143 nəfər həlak olub.
Siyasət
Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər