Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmasının Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı məktubunu cavablandırıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan məktubda Ermənistan hakimiyyəti tərəfindən hər iki Azərbaycan əsgərinə qarşı qeyri-insani rəftara yol verilməsi ilə bağlı məlumat verildiyinə görə minnətdarlıq ifadə edilib.
“Mən Azərbaycanla və Cənubi Qafqaz kimi daha geniş regionla əlaqələrimizə məsuliyyət daşıyan nazir kimi cavab verirəm. FCDO ümumbəşəri insan hüquqlarını önə çəkməyə can atır. Biz dövlətləri məhbuslarla beynəlxalq insan haqları hüququna uyğun davranılmasını təmin etməyə çağırırıq. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin tələb etdiyi kimi, buna humanist rəftar və insan şəxsiyyətinə xas ləyaqətə hörmət daxildir.
Dövlətlər himayəsində olan şəxslərlə humanist rəftar sahəsində minimum təminatları təmin etmək üçün tədbirlər görməlidirlər. Buna məhbusların ilkin tələbatının və əsas ehtiyacları ilə bağlı xidmətlərin təmin edilməsi daxildir. Böyük Britaniya hökuməti mütəmadi olaraq müxtəlif tərəfdaşlarla, o cümlədən Ermənistanla insan hüquqları məsələlərini qaldırır”, - məktubda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov - aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Mayın 8-də Ermənistan məhkəməsi A.Bəbirovu qondarma əsaslarla 11,5 il müddətinə azadlıqdan məhrum edib.![]()
Son xəbərlər
Britaniya hökuməti Ermənistanı azərbaycanlı əsir əsgərlərlə beynəlxalq hüquqa uyğun davranmağa çağırıb - FOTO
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər
Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələr göndərir
Siyasət
Tramp İranın inadkarlığından qıcıqlanır - Hakabi
Son xəbərlər
İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi
Müsahibə
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
Son xəbərlər
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Siyasət