Azərbaycan Prezidenti İlham Əliyev Seneqal Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Seneqal Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, dost Seneqal xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan-Seneqal dostluq əlaqələri xoş ənənələrə malikdir. Ölkələrimizin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığı məmnunluq doğurur.
Müasir dövrdə hələ də davam edən neokolonializm siyasətinin aradan qaldırılması istiqamətində sizin apardığınız qətiyyətli fəaliyyət təqdirəlayiqdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təsis olunmuş Bakı Təşəbbüs Qrupuna dəstəyiniz kolonializmə və onun yeni formalarına qarşı mübarizənin aparılması, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlarının qorunması və onların təbii hüquqlarının təmin edilməsi naminə səylərinizin bariz təzahürüdür.
İnanıram ki, Azərbaycan ilə Seneqal arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Seneqal Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə də sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram”.
Siyasət
Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir
Siyasət
Avropanın tələbi Gürcüstanı məhv edə bilər - Kaladze
Texnologiya
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Hadisə
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşıb
Siyasət
Kaliforniyada ölmüş namizəd seçkidə qalib gəldi - Foto
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər
Lukaşenko Rusiyaya getdi: Putinlə görüş...
Siyasət
Paşinyan Parisdə Makronla görüşdü
İqtisadiyyat