“Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması qaçılmazdır və bu, Paşinyanın dövründə baş verəcək. Buna heç bir şübhəm yoxdur”.
Bunu erməni mətbuatı ilə söhbətində rusiyalı politoloq Modest Kolerov deyib.
O, hərbi bazanın çıxarılması təşəbbüsü ilə məhz Ermənistanın çıxış edəcəyi proqnozunu verib.
“Hərbi bazanın mövcudluğu çoxdan dayanıb. Üstəlik, onun varlığının heç bir hərbi mənası yoxdur, çünki bu hərbi bazanın fəaliyyəti təkcə Ermənistanın mərkəzi orqanları deyil, həm də Gümrünün yerli hökuməti tərəfindən tamamilə məhdudlaşdırılır. Çoxdan məlumdur ki, hətta batalyon təlimləri zamanı, yəni cəmi 300 nəfər üçün Gümrü meriyasının razılığını almaq lazımdır. Əgər o, hərbi plana uyğun işləmirsə, deməli, sadəcə olaraq köhnəlmiş və bir çox hallarda artıq paslanmış, işlək olmayan hərbi texnikaların anbarıdır”, - deyə o bildirib.
Politoloq qeyd edib ki, bu səbəbdən baza Türkiyə üçün təhlükə yaratmır və yarada bilməz, ona görə də Türkiyə sanksiyalar baxımından bu uğursuz bazaya görə heç vaxt ABŞ ilə münaqişəyə girməyəcək.
“Rusiyanın Ermənistandakı yeganə hərbi varlığı Gümrü hərbi bazasının Erebuni hava limanındakı filialıdır. Müasir texnika var, amma bunlar Ermənistan hakimiyyətinin icazəsi olmadan havaya qalxa bilməyən təyyarələrdir. Bu da anbardır. Beləliklə, Gümrü hərbi bazası və Erebuni şöbəsi Rusiyanın maraqlarını heç bir şəkildə qorumur. Burada danışıqlar üçün heç bir mövzu yoxdur, Rusiyanın xüsusi maraqlarından söhbət də gedə bilməz: “qatar getdi”. Sərhədçilər də gedəcək, baza da gedəcək”.
Başqa sözlə, Kolerovun fikrincə, Ermənistan artıq Rusiya üçün maraqlı deyil.
“Bəli, maraq dairəsində deyil və 2008-ci ildən çox vaxt keçib”, - deyə rusiyalı politoloq əlavə edib.
Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”
İqtisadiyyat
Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə
Hadisə
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Son xəbərlər
Nəsimi Musayevin həbs müddəti uzadıldı
İdman
Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək
Siyasət
Ukrayna münaqişəsi ilə bağlı konsepsiya hazırlamışıq - Kuşner
İqtisadiyyat
Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
İqtisadiyyat
Tramp fond bazarındakı kəskin enişə görə demokratları günahlandırıb
Siyasət
Rusiya Zelenski ilə danışıqlar aparır? - Uşakov
İqtisadiyyat
İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman
Texnologiya
Qara dənizdə NATO kəşfiyyat təyyarələri...
Siyasət
Əli Əsədov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb
Hadisə
Yardımlıda 7 yaşlı uşaq çayda boğularaq öldü
Son xəbərlər
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - Foto
Siyasət
Burada Azərbaycanın mövqeyi nəzərə alınmalıdır - Bayramov
Hadisə