Arzu Nağıyev: "Azərbaycana qarşı etimadın göstərilməsi bəzi beynəlxalq dairələri narahat edir"

“İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi haqqında qərarın verilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzundan xəbər verir. İlk Avropa Oyunlarına müsəlman dövlətinin ev sahibliyi etməsi Azərbaycanın nüfuzu deməkdir”.

Bu fikirlər siyasi icmalçı Arzu Nağıyevə məxsusdur.

A.Nağıyevin sözlərinə görə, təbii ki, ölkəmizə bu cür etimadın göstərilməsi bəzi beynəlxalq dairələri narahat etməyə bilməzdi: “Bu baxımdan da ilk Avropa Oyunları yaxınlaşdıqca, ölkəmizə qarşı qarayaxma kampaniyası, bu Oyunları gözdən salmaq cəhdləri güclənir. Əlbəttə bu gözlənilən idi. Lakin bütün qarayaxma cəhdlərinə baxmayaraq 49 dövlətin 6 mindən çox idmançısı, 100 minlərlə turist, 10 minlərlə könüllü bu yarışlara qatılmaq üçün öz razılığını verib”.

A.Nağıyev vurğulayıb ki, Azərbaycana qarşı qarayaxma aparan dairələrin ölkəmizdə guya insan hüquqlarının, söz azadlığının pozulmasını gündəmə gətirməsi sadəcə bir bəhanədir: “Azərbaycanda artıq çoxdan azad cəmiyyət formalaşıb, azad mətbuatın fəaliyyəti təmin edilib. Ölkədə çoxlu sayda mətbuat qurumları sərbəst şəkildə fəaliyyət göstərir, internetə, o cümlədən sosial şəbəkələrə çıxış heç bir məhdudiyyət olmadan təmin edilib. Belə olan halda Azərbaycanı bu arqumentlərlə ittiham etmək tamamilə əsassızdır”.

A.Nağıyev bildirib ki, hər zamankı kimi, bu dəfə də bu səylərin heç bir nəticəsi olmayacaq: “Çünki Azərbaycan müstəqil və güclü dövlətdir və bu cür absurd ittihamlarla ölkəni nəyəsə təhrik etmək mümkünsüzdür”.

A.Nağıyev qeyd edib ki, London Olimpiadasından əvvəl də 4 minə yaxın şikayət məktubu daxil olmuşdu, müxtəlif mitinqlər və etiraz aksiyaları təşkil edilirdi: “Lakin bütün bunlara baxmayaraq, Olimpiada Oyunları yüksək səviyyədə baş tutdu”.

İlk Avropa Oyunlarının ölkəmiz üçün faydalarından danışan A.Nağıyev vurğulayıb ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları çox genişmiqyaslı və beynəlxalq əhəmiyyətli bir tədbirdir. Onun sözlərinə görə, bu, hər şeydən əvvəl ölkənin nüfuzudur, beynəlxalq aləmdə daha da tanınmasıdır. A.Nağıyev həmçinin dünyada bu cür böyük tədbirlərin ölkələr üçün faydalarından da nümunə gətirib: “Barselona şəhəri 1992-ci ilə qədər, yəni Yay Olimpiya Oyunlarına ev sahibliyi edənə qədər bir o qədər tanınmırdı. Lakin oyunlardan sonra Barselona dünyanın böyük idman mərkəzinə çevrildi, artıq dünyanın ən bahalı idman klublarının yerləşdiriyi bir yerdir”.

Son xəbərlər

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Tramp ona da yüksək vəzifə verəcək

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

Lukaşenko “Oreşnik”lə bağlı göstəriş verdi

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Foto

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

Bütün xəbərlər