"Bilmirəm Kamran niyə klub tapa bilmir?" - Robert Prosineçki

"Hazırlığın gedişindən razı qalmışam. Avqustun 24-dən komanda toplanışdadır. Bakıda da bunu bildirmişdim. Şərait də məni tam qane etdi. Təəssüf ki, iki futbolçumuz - Bədavi və Ruslan zədəli olduqları üçün bizimlə deyillər. Sabahkı oyuna tam hazırıq. İlk oyuna qələbə ilə başlamaq istəyirik. Hədəfimiz Bakıya 3 xalla qayıtmaqdır".

"Report"un San Marinoya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə San-Marino ilə keçiriləcək oyundan danışan xorvatiyalı mütəxəssis bunları bildirib: "Əminəm ki, hamını əsas heyət maraqlandırır. Təəssüf ki, zədəli futbolçularımız var. Hava yaxşıdır və heç çətinlik, psixoloji gərginlik yoxdur. Sabahkı oyunu böyük həvəslə gözləyirik. Məşqdəki performansı göstərsək, heç bir çətinliyimiz olmayacaq. Bu oyuna nikbin baxmalıyıq. Son yoldaşlıq oyunlarından da razı qalmışam. Komandam həm fiziki, həm də psixoloji baxımdan hazırdır. Klublarında əsas heyətə düşməyən futbolçular özlərini yaxşı tərəfdən göstərir. Ramil Şeydayev və Emil Mahmudov da komandaya sağlam rəqabət gətirir".

Baş məşqçi San Marino əhalisini bu gün Respublika Günü münasibəti ilə təbrik edib: "Bayram öz yerində, ancaq sabah biz futbol oynayacağıq. Son günlərdə komandamdan həzz alıram. San Marino futbolçularının öz millətinə hədiyyə verməməsinə çalışacağıq. Bizi yalnız qələbə qane edir. Son oyunlarda qol şanslarından istifadə edə bilməmişik. Bunun da üzərində işləmişik. Rəqibi kifayət qədər təhlil etmişik".

Xorvatiyalı məşqçi rəhbərlik etdiyi komandanın Rusiyada keçiriləcək DÇ-2018-də iştirakının mümkünsüz olmadığını söyləyib: "Artıq ilyarımdır Azərbaycandayam və komandaya hamıdan çox mən inanıram. Ən böyük nikbin insan da mənəm. Ancaq çətin qrupa düşmüşük. Mən komandada olan hər kəsə inanıram və deyirəm ki, niyə də yox? İstərdim ki, hər kəs komandaya inansın və "Niyə də yox?" şüarımızı desin. Biz böyük komandalara qarşı futbol oynamağı bacardığımızı göstərmişik".

O, öz klubunda meydana çıxmayan futbolçuların milliyə dəvət olunmasından da danışıb: "Kamran, Ramil, Emil klublarında oynamır. Siz düşünürsünüz ki, onlar meydana çıxacaq? Ramil və Emil yeni oyunuçlardır. Onları dəvət etmişəm ki, hər şeyi canlı görüm. Mahmudovla bağlı onu deyirəm ki, toplanışda bir müsbət sürpriz varsa, o da Emindir. Onun topla davranışı yüksək səviyyədədir və inanıram ki, qısa zamanda "Boavişta"nın heyətində yer alacaq. Həmin mövqenin oyunçuları rəqabət hiss edəcəklər. Azərbaycanda bu gün ən yaxşı qapıçı Kamrandır. Bilmirəm nəyə görə, Kamran Azərbaycanda klub tapa bilmir? Mən Səlahətlə Anara da böyük hörmət edirəm".

Prosineçki millinin heyətinə cəlb olunacaq Dəniz Yılmazla bağlı danışmaq istəməyib: "Dəniz Yılmazla bağlı məsələyə gəlincə, bu barədə indi danışmaq istəmirəm. Çünki bütün diqqətimizi sabahkı oyuna yönəltmişik. San Marino ilə oyundan sonra Dəniz Yılmazla bağlı danışaram".

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər