Poroşenko həyat yoldaşından xahiş etdi: Sabah məni təbrik etmə
Ukrayna prezidenti Petro Poroşenko həyat yoldaşından sabah 23 fevral günü münasibətilə onu təbrik etməməyi xahiş edib.
Bu haqda o, özünün Facebook səhifəsində yazıb.
"Mən başa düşürəm ki, Ukrayna qadınları çox illik ənənəyə görə öz həyat yoldaşlarını 23 fevral günü münasibətilə təbrik edirlər. Ancaq mən bu dəfə xanımıma dedim ki, məni təbrik etməsin, oktyabr ayının 14-nü gözləsin. İnanıram ki, digər xanımlar da belə edəcək", - deyə Poroşenko bildirib.
Qeyd edək ki, 23 fevral keçmiş SSRİ dövründə Sovet Ordusunun yarandığı gün olduğundan kişilərin bayramı hesab edilirdi. Müstəqillikdən sonra bu bayram bir çox respublikalarda (Rusiya, Belarus, Tacikistan və Qırğızıstan istisna olmaqla) öz qüvvəsini itirib.
Poroşenko Ukraynada həmin bayramı rəsmən ləğv edib və Vətənin Müdafiəçisi gününün oktyabr ayının 14-də keçirilməsi haqda qərar verib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay