"Yalandır, mülayim deyiləm" - Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti futbolçuları ilə həddindən artıq mülayim davranması ilə bağlı tənqidlərə cavab verib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis haqqıda deyilənlərin düzgün olmadığını bildirib:
“Futbolçularla məşqçi arasında olan münasibət hər şeydən önəmlidir. Mən futbolçularla zarafatlaşmağı, onlarla deyib-gülməyi çox sevirəm. Bu, hörmətdən irəli gəlir.Oyunçularıma qarşı çox yumşaq davrandığımı deyillər. Ancaq bu, belə deyil”.
İtaliyalı mütəxəssis bəzi futbolçuları haqda da danışıb: “Mövsümün əvvəlində Pepe İspaniyada pis insan kimi tanındığını əsas gətirərək “Real”dan ayrılmaq istədiyini dedi. Mən isə heç də belə olmadığını, ona komandada qalmalı olduğunu başa saldım. Ronaldo son dövrlər çox tənqid olundu. Ancaq o, heç vaxt bizi məyus etməyib. Ronaldo meydanda olanda çox əylənirəm. Zidanın məşqdə etdiklərini o, oyunda edir”.
Ançelotti sonda İtaliya milli komandasını çalışdırmaq istədiyini də gizlətməyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay