“Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün məni Bakıya heç kəs dəvət etmədi. Dəvətsiz yerə isə getmək olmaz”

Aznews.az xəbər verir ki, bu sözləri Azərbaycan baş nazirinin sabiq 1-ci müavini, adı son zamanlar “Azərros” təşkilatı ilə qalmaqalda hallanan Abbas Abbasov deyib.

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (Azərros) “azerros.ru” saytının müxbiri Tiana Besnyakın suallarına cavab verən Abbasov I Avropa Oyunlarına görə Azərbaycana edilən qarayaxma kampaniyasından da söz açıb:

“Onlar Azərbaycana və xalqımıza həsəd aparırlar. Bu baxımdan hücuma keçiblər. Elə Soçi şəhərində keçirilən Qış Olimpiadasını misal çəkmək olar. O zamanlar da Rusiyanı sərt tənqid edirdilər. Bu tarixi faktlardan isə qaçmaq qeyri-mümkündür. Təəssüflər olsun ki, bir çoxları idmanın adından istifadə edərək, özlərinin siyasi ambisiyalarını irəli sürürlər”.

Abbas Abbasov Azərbaycanda idmanın inkişafından da danışıb:
“Azərbaycanın məqsədi idmanı inkişaf etdirməkdir. Bu isə istənilən ölkədə normal haldır. Rusiyada yaşayan azərbaycanlılar tarixi vətənimizdə keçirilən bu mötəbər yarışda öz idmançılarımıza azarkeşlik edəcək. O cümlədən, Rusiya idmançılarının uğurlarına da sevinəcəyik”.

Azərbaycan baş nazirinin sabiq 1-ci müavini müsahibəsində Rusiya-Azərbaycan münasibətlərinə də toxunub:
“Bu iki ölkə arasında sıx dostluq əlaqələri var. Azərbaycan prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsinin 70-ci ildönümündə Moskvaya gələrək hərbi paradda iştirak etmişdi. İndi isə Rusiya prezidenti Vladimir Putin I Avropa Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya gedəcək. İki qonşu ölkə bir-birini dəstəkləyir. Bu isə bizi çox sevindirir”.

Son xəbərlər

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Tramp ona da yüksək vəzifə verəcək

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

Lukaşenko “Oreşnik”lə bağlı göstəriş verdi

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Foto

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Bütün xəbərlər