Xəbər verdiyimiz kimi, karate (kumite) millimizə yeni baş məşqçi təyin olunub. Bu, Qurban Tağıyevdir.

Qurban Tağıyevin müsahibəsini təqdim edirik.

– Təyinatınız münasibətilə sizi təbrik edirik. Öncə sizi bir qədər oxucularımıza tanıtmaq istərdik.

– Təbrikə görə çox sağ olun. Federasiyanın Məşqçilər Komitəsinin sədri sayılıram. 5-ci dan qara kəmər sahibiyəm. İdmançı karyeramda WKF-də dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, Dünya kuboku yarışlarının isə dəfələrlə qalib və mükafatçısı olmuşam.

Azərbaycanın WKF-in keçirdiyi dünya çempionatlarında ilk finalçısıyam. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində keçirilən dünya çempionatında Rafael qızıl, mən gümüş medal almışam. Amma mən 60 kiloqramda yarışdığımdan Azərbaycandan ilk finala çıxan mən olmuşam. Bundan başqa, şotokan karate üzrə ikiqat dünya çempionuyam.

2018-ci ildən – Şahin Xudaverdiyev baş məşqçi işlədiyi müddətdən əsas komandada böyük məşqçi işləyirdim. Ondan əvvəl isə yeniyetmə-gənclər millimizdə idim.

– Karate millimiz hazırda Qəbələdə açıq havada məşqlər keçir. Yığmamızda hansı dəyişiklikləri etməyi planlaşdırırsınız?

– Noyabrda Respublika çempionatı keçirməyi planlaşdırırıq. Hazırda pandemiya ilə bağlı Olimpiadaya lisenziya verən iki yarış qalıb. Bunlardan biri gələn il İsveçdəki Avropa çempionatı, digəri Rabat Premyer Liqasıdır.

Təəssüf ki, indiki halda idmançılarımızdan heç biri reytinqlə Olimpiadaya lisenziya qazana bilməyəcək. Ona görə də Azərbaycan çempionatında potensiallı uşaq görsək, Avropa çempionatına apara bilərik.

– Rafael Ağayev onsuz da Olimpiadaya vəsiqə qazanıb. Ola bilərmi ki, onun karyerasını bitirməsindən sonra 75 kiloqramdakı yoxluğu hiss etdirməmək üçün gələn ilin mayında keçiriləcək Avropa çempionatında yeni idmançı görə bilək? Yoxsa Rafael 12-ci dəfə qitə çempionu olmaq istəyərək özü gedəcək?

– Buna həmin vaxt Rafaelin durumuna əsasən qərar veriləcək. Ona yarış keçirmək lazım olsa, zədəsi olmasa, özü gedəcək. Əks halda, siz dediyiniz varianta üstünlük veriləcək.

Azərbaycanda daima karate ənənəsi olub. Biz də həmin ənənələrdən yararlanırıq. Məndən əvvəlki baş məşqçi Bahattin Kandazın vaxtında nəticə zəif olsa da, onun da komandamıza faydası oldu. Texniki cəhətdən olmasa da, komanda fiziki cəhətdən inkişaf etdi.

– Millinin məşqçilər korpusunda dəyişiklik olacaq?

– Buna işlədiyimiz müddətdə aydınlıq gətirəcəyik. Kimlə işləyib-işləməyəcəyimiz sonra bilinəcək. Rafael Ağayev də bizimlə işləyəcək. Onun biliklərindən yararlanacağıq.

– O, rəsmi ştatda məşqçi kimi hesab olunacaq? Çünki Olimpiada öncəsi onun özünün bu iki işi çatdırması çətin ola bilər...

– Biz ondan tamamilə məşqçilik etməyi tələb edə bilmərik. Dediyiniz kimi, onun özünün də məşq etməsi lazımdır. Bütün bu məsələlərə yaxın zamanlarda aydınlıq gətirməyə çalışacağıq.

Son xəbərlər

Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Bütün xəbərlər