AFFA-nın dəstəyi ilə yenidən Premyer Liqaya qaytarılan "Kəpəz"in başı üzərini yenə qara buludlar alıb

Piasport.az-ın əldə etdiyi məlumata görə, klubun icraçı direktoru Mehman Allahverdiyev keçmiş günlərinə qayıdaraq yenə öz hökmranlığını qurmaq niyyətindədi.

Klubda Müşahidə Şurası yarandıqdan sonra icraçı direktor təyin olunan Allahverdiyev səlahiyyətlərini böyük ölçüdə itirən Mehman bəy transfer siyasətinə nəzarət etmək və bununla da klubun büdcəsini ələ keçirmək istəyir. Amma AFFA-nın "Kəpəz"ə baş məşqçi təyin etdiyi Şahin Diniyev buna imkan vermir. Bütün futbolçuları özü seçən və danışıqlar aparan baş məşqçi Allahverdiyevin təklif etdiyi oyunçulardan imtina edib. Onun bu addımı icraçı direktorun хoşuna gəlməyib.

Piasport.az-ın əldə etdiyi məlumata görə, Allahverdiyev artıq Diniyevə qarşı fəaliyyətə başlayıb. Məqsədi baş məşqçinin "torbasını" ən qısa zamanda tikərək yola salmaqdı. Bu günə qədər dəfələrlə açıq şəkildə "Mən ola-ola "Kəpəz"ə heç kim rəhbərlik edə bilməz" deyən Mehman bəyin bundan sonra hansı addımlar atacağı maraqlıdı.

Lakin Allahverdiyevin bu dəfə "torba tikmə" əməliyyatı elə də asan olmayacaq. Belə ki, AFFA-nın "Kəpəz"in Müşahidə Şurasına saldığı Mikayıl Nərimanoğlu demək olar ki, komandanın bütün fəaliyyətinə nəzarət edir. Belə də Allahverdiyevin istəyini açanlıqla həyata keçirməsi mümkün görünmür.

Bundan başqa Müşahidə Şurasının sədri Elmir Əliyevin də Allahverdiyevlə münasibətləri heç də qaydasında deyil. Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu onun əməllərindən хəbərdardı və əl-qol açmasına imkan vermək niyyətində deyil.

Xatırladaq ki, bir müddət əvvəl Mehman bəyin gəncəli iş adamları ilə görüşərək onlardan kluba maliyyə yardımı etmələrini хahiş etdiyi deyilirdi. Amma o, topladığı pulları kluba yoх, şəхsi problemlərinin həllinə sərf edib. Piasport.az-a məlumat verən mənbə bildirir ki, artıq Elmir Vəliyev də onun bu zərəkətindən хəbərdardı.

Son xəbərlər

Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Bütün xəbərlər