Son xəbərlər
30.08.2017, 17:19
Azərbaycan dünya çempionatında ikinci medalını qazandı
Azərbaycan dünya çempionatında ikinci medalını qazandı
Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı davam edir.
Oxu.Az-ın xəbərinə görə, yarışların üçüncü günündə Azərbaycan yığması hesabına daha bir medal yazdırıb.
73 kq çəki dərəcəsində yer alan Avropa çempionunuz Rüstəm Orucov yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib.
Həlledivi görüşdə Rüstəm komanda yoldaşı Hidayət Heydərova qalib gələn Soiçi Haşimotoya (Yaponiya) uduzub.
Qeyd edək ki, bu yığmamızın dünya çempionatında ikinci medalıdır. Bundan əvvəl, yarışın birinci günündə Orxan Səfərov da millinin hesabına gümüş medal yazdırmışdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay