Qobustan Tarixi
Mərəzə Qobustan rayonunda yerləşir, rayonun əsas magistral yolunun yaxınlığında yerləşir. Bir rəvayətə görə bu şəhərin adı ("mərəz") nüfuzlu şəxslərdən birinin sevimli arvadı burada məskənləşərək sağaldığına görə bu hadisədən sonra belə adlandırılmışdır. Bu rəvayətin həqiqət olub olmadığını heç kəs bilmir, lakin Mərəzə yaxınlığında bir mineral su bulağı var. Onun suyu şor və acı olmasına baxmayaraq müəyyən mədə bağırsaq xəstəlikləirini sağaldır.[1]
Məşhur Şıx düzü kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki Dağ Kolanı kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı Diri Baba türbəsi (15-ci əsr); şəhərin lap mərkəzində yerləşən Şah Abbas Karvansarasının qalıqları göstərir ki, bu yerlərdə ən qədim dövrlərdə insan məskənləri olmuşdur.
Mərəzə qəsəbəsi 25 aprel 2008-ci ildən Qobustan şəhəri adlandırılır. Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarmişdır
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay