Tarixi
XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir.

Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir.

Memarlıq xüsusiyyətləri
Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir. Sərdabəyə Şimal tərəfdən dromos quruluşlu yol vasitəsi ilə daxil olurmuşlar.

Türbənin yerüstü hissəsi isə üç əsas memarlıq quruluşundan əmələ gəlir: daşdan hörülmüş kürsülük,dairəvi gövdə və çadırvari günbəz. Sahəsi etibarilə ən çox yer tutan bəzək ünsürü silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış kitabədir. Kürsülükdən başlayaraq yuxarıdakı haşiyəyə qədər səkkiz metr yarımlıq bir hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn bu kitabə 200 dəfədən artıq Allah sözünü naxış şəklində təkrarlayır. Türbənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Bu kitabənin yeri qara rəngli kaşıdan, yazılar isə ağ rəngli kaşıdan quraşdırılıb. Kitabə qurşağından sonra günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşdirilmişdir. Bu stalaktitlərin daxili səthləri də rəngli həndəsi ornamentlə örtülmüşdür. Stalaktit qurşaqdan sonrakı konusşəkilli günbəzin səthi də qırmızı və firuzəyi kaşıdan ibarət həndəsi ornamentlərlə örtülü olmuşdur.
Bərdə türbəsi
Öz quruluşu və bəzəyi etibarilə Bərdə türbəsinin ən maraqlı kompozisiya ünsürlərini Şimal və Cənub tərəflərdə yerləşmiş iki portal (baştağ) təşkil edir. Ümumi sxemi etibarilə bir-birinə uyğunlaşsalar da bu iki baştağ bir-birindən fərqlənir.

Şimal portalında, stalaktit qurşağından yuxarıdakı kitabəson dərəcə bədii şəkildə yerinə yetirilib. Kitabənin abidənin gözə çarpan bir yerdə, demək olar ki, əsas kompozisiya mərkəzində yerləşdirilməsi memarın yüksək ictimai mövqeyinə dəlalət edir. Kitabənin məzmunu belədir: ”Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani”

1322-ci ildə Bərdədə ucaldılmış türbə Qarabağlardakı türbənin ən yaxın oxşarıdır. İri daş plitələrlə üzlənmiş kürsülükdə kvadrat kərpiclərdən tikilmiş bir qədər yarımqazma proporsiyalı qüllə ucaldılmışdır. Türbənin xarici hissəsi şaquli istiqamətdə firuzəyi kərpiclə üfüqi istiqamətdə isə yaxşı cilalanmış adi kərpiclə düzülmüş «köynəklə» örtülmüşdür. Müxtəlif bəzək birləşmələri və kərpicin fakturası bütün fasad boyu dəfələrlə təkrarlanan «Allah» sözünü əmələ gətirir.

Frizin orta zolağında nesxlə işlənilmiş Quran ayəsi kitabəsinin qalıqları yer tutur. Onun süd kimi ağ hərfləri firuzəyi bitki motivləri ilə biri-birinə qarışmışdır. Bu mürəkkəb toxunuşun fonu, türbənin mozaika dekorasiyası üçün səciyyəvi olan, tünd göy şirdən təşkil edilmişdir.

Yuxarı otağa ox üzərində yerləşdirilmiş effektli baştağlarla tərtib olunmuş iki giriş qapısı açılır. Onların kompozisiya sxemi Qarabağlar türbəsinin baştağına yaxındır, ancaq bəzəklərində bir sıra xüsusiyyətlər müşahidə olunur. Baştağlar yalnız çoxrəngli ornament naxışlarının sadəcə zənginləşmiş və kompozisiya cəhətdən qabardılmışdır.

Daxili fəza adəti üzrə iki yerləşgəyə ayrılmışdır. Alt yerləşgə - sərdabə dörd dərin taxçalarla mürəkkəbləşdirilmiş plan həllinə görə kvadratı xatırladır. Yuxarı yerləşgənin interyeri divarlarında oxvari sonluğa malik dayaz taxçaları olan düzgün onbucaqlı prizma şəklindədir. Hamar şəkildə suvanmış divarlarda hansısa dekorativ elementin izi qalmamışdır.

Memar, qülləli türbələrə xas olan "ümumfasadlığı" saxlayaraq, böyük ustalıqla şimal tağbəndin mahiyyətini daha çox qabartmışdır. Qülləli türbələr arasında Bərdə türbəsi daha çox şimal nöqtəsində durur: stilistik cəhətdən onun yaxın oxşarı xeyli cənubda yerləşir
Interxeber.az
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər