Coğrafi mövqeyi
Oğuz rayonu Böyük Qafqazın cənub yamacında yerləşir, şimaldan Rusiya Federasiyası(Dağıstan MR), şərqdən Qəbələ, qərbdən Şəki, cənubdan Ağdaş rayonları ilə sərhəddir. Rayonun şimal hissəsində Baş Qafqaz silsiləsinin cənub yamacları, mərkəzi hissəsində Qanıx - Əyriçay vadisi, cənubunda isə Acınohur alçaq dağlığı əsas relyef formaları kimi ayrılır. Baş Qafqaz silsiləsindən Qazdağ, Qaynararxac, Fıy və Qoşunkar (Çaldaş dağı 3468 m.) qolları ayrılır. Oğuz ərazisinin şimaldan cənuba uzunluğu 37 km, şərqdən qərbə eni 27 km-dir. Ərazisi 1077 kvadrat kilometrdir. Rayonun ərazisi -52 dərəcə şaxtası olan Məlkəmud dagının zirvəsindən başayib ,+42 dərəcə istiliyi olan Böyük Söyüdlü kəndinə və Ağdaş rayonuna qədər uzanıb gedir. Maksimum hündürlük isə 3879 m. (Məlkəmud dağı), ən alçaq yer isə dəniz səviyyəsindən 360 metr yuksəklikdə olan Qarabaldır kəndinin cənub-qərbidir.

Maddi-mədəni irsi
Rayondakı memarlıq abidələrindən Muxas kəndində bürc (XIV əsr), Filfili kəndində qala (XVIII əsr) bu günə kimi qalmışdır.

Oğuzun Ərmənət kəndindəki qala da çox qədim tarixə malikdir. Bu qalanı Gavurlar qalası adlandırırlar. Deyilənə görə qədim dövrlərdə kənd əhalisi düşmənlərdən qorunmaq uçun bu qaladan bir istehkam kimi istifadə edib. Qala kəndi əhatə edən dağın zirvəsində yerləşir.

Xaçmaz kəndi yaxınlığındakı Sarısu çayının üstündəki Daşüz körpüsü (XIX əsr), Sincan kəndindəki məscid (XVIII əsr), Kərimli kəndindəki məqbərə (XV əsr), Muxas kəndindəki üçmərtəbəli qüllə (XIV əsr), Xaçmaz kəndində Qaladağ dağının zirvəsində yerləşən müdafiə təyinatlı Qabur qülləsi (VII-XIV əsrlər), yenə də Qaladağ zirvəsinin yaxınlığında yerləşən, içməli su ilə təchiz olunan Gavurqala qülləsi (VII əsr), Filfilli çayının yaxınlığında, Qalaçay çayının sahilində yerləşən, çay daşından tikilmiş Surxayxan qülləsi (XVIII əsr), Oğuz şəhəri ərazisində qədim sınaqoqlu (1849-cu il) yəhudi qəsəbəsi, hazırda yerli diyarşünaslıq muzeyinin yerləşdiyi alban məbədi, Azərbaycan ərazisində fəaliyyətdə olan ən qədim məktəblərdən biri – XIX əsrdə tikilmiş məktəb (Padar və Xaçmaz kəndlərində də bu cür məktəblər var) və s. rayonun qədim tarixi abidələrindəndir.

Tarixi abidələri
Rayonda 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Onlar haqqında ətraflı məlumat toplamaq üçün Tarix – diyarşünaslıq muzeyinə getmək məsləhətdir. 1981 – ci ildə yaradılan muzey XVIII əsrin birinci yarısına aid Alban ibadətgahında yerləşir.

Yəhudi məhəlləsi
Yerlilər bura “Cuğutlar məhəlləsi” deyirlər. Şəhərin cənub-qərbindəki yəhudi məhəlləsində 2 sinaqoq fəaliyyət göstərir. Onlardan bir dənəsi tarixi əsər statusu daşıyır. 1849-cu ildə inşa edilən bu sinaqoq iki mərtəbəlidir. Digəri nisbətən yenidir. Oğuz tatdilli dağ yəhudilərinin keçmiş nəsilləri Şəki xanlığının ərazisinə XVII əsrin II yarısında gəliblər. Zalam, Mücü kəndləri və rayonun yuxarıbaş məhəlləsində yaşayırlar. Azərbaycanda dağ yəhudiləri arasında Oğuzda yaşayanlar özlərini şəkiyi, Şamaxıda yaşayanları şirvoni, Qubada yaşayanları ğubeyi adlandırırlar.

Kəndbaşı məhəlləsi
Rayonun yuxarı hissəsi belə adlanır. Əsas məskənləri Qəbələnin Nic kəndi olan udilərin az hissəsi Kəndbaşında yaşayır. Aleksandr Düma “Qafqaza səyahət” əsərində Oğuzdakı udilər haqqında məlumat verir. Rayonun Düzənlik deyilən ərazisində isə udi xristian qəbiristanlığı yerləşir. Qəbiristanlığın içərisində yaşı məlum olmayan və üzərində hər hansı inventar nömrəsi olmayan bir məbəd mövcuddur. Çox qısa məsafədə yerləşməsinə baxmayaraq Kəndbaşı və Düzənlik deyilən yerlərdə rayon mərkəzi ilə müqayisədə temperatur kəskin şəkildə fərqlənir. Nisbətən yüksəkdə, Oğuz çayın sahilində, sıx meşədən ibarət bu ərazi mərkəzə yaxın əsas istirahət mərkəzi hesab edilir.

Alban məbədləri
Oğuzda 7 alban məbədi mövcuddur. Bunlardan 3-ü rayon mərkəzində, 2-si Qarabulaq və 2-si Calut kəndlərindədir. Mərkəzdəki ibadətgah 1981-ci ildə tam bərpa edildikdən sonra burada Oğuz rayon Tarix-diyarşünaslıq muzeyi təşkil olunmuşdur. Digəri rayon mərkəzi xəstəxanasının həyətində, üçüncüsü isə Xalxal yolunun üstündəki təpədə yerləşir. Oğuz rayonundakı Alban ibadətgahları tam tədqiq edilməmişdir. Alban tayfalarından biri olan udinlər bu gün də Oğuz səhərinin şərq hissəsində yerləşən qədim alban məbədindən dini sitayişlərini İCRA edirlər. Xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilən bu məbədi udinlər Qerqets monastrı adlandırmışlar. (Qerqets udincə “Müqəddəs yer” deməkdir). Lakin 1828-1830-cu illərdə çar Rusiyası tərəfindən İrandan və Rusiyadan Azərbaycan ərazisinə köşürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmişdir. Tarixi mənbələrə görə ermənilər məhz çar hökumətinin köməyi ilə 1836-cı ildə Alban katalikosluğunun ləğv edilməsinə nail olur. “Erməniləşdirmə” siyasəti Oğuz udinlərinin dini həyatından da yan keçmir. Ermənilər Qerqets monastrını Yeqişe Arakel” monastrı adlandırır, alban dilində yazılar məhv edilərək erməni yazıları ilə alban xaçı erməni xaçı ilə əvəz olunur. Bu proses XX əsrin əvvəllərində başa çatdırılır.

Təbiəti
Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları ilə təmsil olunmuşdur. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr – qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir.

Rayonun ən böyük çayı Əlicançaydır. Əlicançay Qumlaq kəndindən keçərək rayonun bir çox kəndlərini ağuşuna alır.

İnterxeber.az
Oğuz rayonu Tarixi abidələri və Maddi-mədəni irsi
Oğuz rayonu Tarixi abidələri və Maddi-mədəni irsi
Oğuz rayonu Tarixi abidələri və Maddi-mədəni irsi
Oğuz rayonu Tarixi abidələri və Maddi-mədəni irsi
Oğuz rayonu Tarixi abidələri və Maddi-mədəni irsi

Son xəbərlər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Zelenski Kurska buna görə hücum əmri verib - səhv edib...

Fransa şərab oğurluğunda ittiham olunan diplomatı Nigeriyaya səfir təyin edib

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə taktiki-xüsusi təliminə start verildi

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

Türkiyənin daha bir şəhərində Merih Demiralın heykəli ucaldılacaq

Azərbaycan Paris olimpiadasını yeddi medalla başa vurub

Məsud Pezeşkian İranda Nazirlər Kabinetini formalaşdırmaqda çətinlik çəkir

Bütün xəbərlər