---
24.04.2015, 03:18
Kadırov: Mən Ali Baş Komandanın piyadasıyam
Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib, Oxu.az RİA Novosti-yə istinadən xəbər verir.
"Mən Ali Baş Komandanın piyadasıyam. Əgər mənə əmr verilsə, mən onu 100 faiz yerinə yetirəcəm. Getmək lazım olsa gedəcəm, ölmək lazım olsa öləcəm".
Çeçenistan prezidenti əlavə edib ki, "yalançı patriotlar" və "сənab liberallar" xalqı aldadırlar, xarici kəşfiyyat xidmətləri ilə əlaqəyə girib Rusiyanı ikinci Ukraynaya çevirmək istəyirlər. Lakin bu heç vaxt olmayacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay