Azərbaycan-Ermənistan şərti sərhədinin Gorusdan Laçın rayonuna açılan panoramında baş verən silahlı toqquşma regiondakı geostrateji maraqların “çiçəklənməsi”nin göstəricisidir.

Hərçənd ki, budəfəki toqquşma sırf hərbi situasiyadakı qəfil dəyişiklik cəhdi ilə əlaqəli idi. Yəni Ermənistan Azərbaycan Ordusunun Laçın rayonunda təzəlikcə nəzarəti bərpa etdiyi yüksəklikləri ələ keçirmək üçün istehkamlar qururdu.

Azərbaycan hərbçiləri isə buna cavab olaraq xəbərdarlıq edəndə tərəflər arasında insident yaşanır və sonradan bu, silahlı toqquşma ilə müşayiət edilir.

Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrinin istehkam yaratmaq cəhdlərini sakitcə qarşılaya bilməzdi, çünki son zamanlar İrəvanın qeyri-müəyyən mövqeyinin hərbi ritorikaya gətirəcək addımlarla müşayiət edilməsi gələcək təxribatların açarı kimi qavranılır.

Ona görə də Azərbaycan sərhəd təhlükəsizliyindəki “məftil”ləri bərkitməli və yeni yüksəkliklərə nəzarət üzrə əldə edilən nəticələri əlində saxlamalıdır.

Bu, məsələnin hərbi-texniki tərəflərindən doğan prosedurlardır, lakin daha geniş miqyasda sərhəddəki atışmalar strateji baxışlar kontekstindəki perspektivləri açır.

Öncəliklə qeyd etmək zəruridir ki, Azərbaycanın Ermənistanla sərhəd boyu delimitasiya işləri üçün irəli sürdüyü tələblər İrəvan tərəfindən xoş qarşılanmır, çünki Bakının xəritələrinin strateji miqyasları konseptual olaraq geniş qoyulub.

İkincisi, Avropa İttifaqının Ermənistandan Azərbaycana boylanan monitorinq qrupu regionda vəziyyəti qəlizləşdirir - ən azından, üç səbəbdən:

- Aİ missiyası Azərbaycanın razılığı olmadan Ermənistanda peyda oldu. Buna İran da dəstək verir;

- Rusiya ABŞ və Böyük Britaniyanın regionda böyüyən maraqlarından dolayı Aİ missiyasını öz hərbi mövcudiyyəti üçün təhlükə sayır;

- Fransa Aİ missiyasını ABŞ və Britaniyanın maraqlarına qarşı yönəltməyə çalışdığından Rusiya ilə əməkdaşlıq formatına can atır, son məqsəd Azərbaycan-Ermənistan münasibətlərinin rəngini qara saxlamaqdır.

Həm eyniyyət, həm də təzadlı görünən bucaqlar – bu, regionun mənzərəsini bulanıqlaşdırır. İran isə Azərbaycana qarşı hətta öz rəqibləri ilə əməkdaşlığa getməyə hazırdır ki, bu da bölgədəki təhlükəsizlik sferasını zədələyir.

Böyük strateji hədəflər üçün edilən regional məşqlər Azərbaycan-Ermənistan gündəliyini nəzarətdə saxlamaq, sülhyaratma(ma) prosesini monopoliya ilə “qeydiyyatdan keçirmək” cəhdlərini alovlandırır.

Maraqların təmini üçün atılan addımlarda, əsasən, iki “qala” seçilib: biri “Moskva qalası”, digəri isə “Brüssel qalası”.

İstər Rusiya, istərsə də Aİ ilə danışıqlar aparmaq və Ermənistanla sülh proqramının uzlaşdırılaraq hazırlanması Azərbaycan üçün problem deyil.

Ancaq tərəflərdən biri balansı pozanda, yəni münasibətlərin nizamlanmasında üst səviyyəyə qalxmaq istəyəndə təxribat kartları oynanılır.

Azərbaycan üçüncü qüvvələr tərəfindən oynanılan oyunların hansını öz yararına çevirir – bunun nəticələrini Brüssel və Moskva mərkəzli görüşlərin yekunlarında görmək mümkündür.

Hər halda, Azərbaycan qızışmış hərisliyi müşahidə etdikdə hərbi tədbirləri çarə kimi görür ki, növbəti danışıqlar raundunda şərtlərinin davamını diktə edə bilsin.

Buna görə də Azərbaycanın yüksəkliklərlə paralel olaraq başqa bir neçə “qala”nı da fəth etməsi gözləniləndir.

Bu, hərbi-siyasi təhlükəsizlikdən doğan və regionda perspektiv üçün təhdid yaradan narahatlıqlarla əlaqəlidir ki, mümkün təxribat kanalları qapadılsın.

Rəsmi Bakı təxribata rəvac verəcək ideyaları bloklamaq üçün ABŞ ilə də müzakirələri intensivləşdirir, sözsüz ki, bu, Rusiyanın sinirlərini qıcıqlandırır.

Buna görə də Rusiya 10 Noyabr Bəyanatının özünə sərf edən formada qüvvədə qalmasına və onun tənzimləyici mexanizm kimi baza rolunun qalıcılığını təmin etməyə, Soçidə əldə edilən razılıqları özünün üstün mövqeyi kimi təqdim etməyə çalışır.

Azərbaycan hesablayır – hansı tərəflə əməkdaşlıq daha çox fayda verəcək? Ümumi görünən budur ki, Azərbaycan Rusiyanın regionda təsirlərini azaltmaqdan ötrü müxtəlif manevrlər edir, lakin bunun müqabilində də Qərbdən müsbət siqnallar gözləyir.

Qərbdən Ermənistanın maraqlarını ifadə edən impulslar gələndə isə Azərbaycan Rusiya-Ermənistan münasibətlərindəki gərilən iplərdən istifadə edərək Moskvanı prosesdə İrəvana qarşı kart kimi dəyərləndirir.

Avropa İttifaqı isə nisbətdə üstün diplomatik-siyasi platforma kimi qalmaqdadır, hərçənd ki, Aİ missiyası Ermənistanda Azərbaycana qarşı missiya ilə məşğuldur.

PROQNOZLAR:

Sərhəddə aprelin 11-də baş verən silahlı toqquşma son deyil və mümkün ehtimal kimi, bunun davamının gələcəyini söyləyə bilərik.

İran Ermənistanı dəstəkləməyə davam edəcək, Aİ və Rusiya isə hərəsi öz məntiqlərinə əsaslanaraq ikibaşlı mövqelərini nümayiş etdirəcəklər.

Ermənistan İrandan, Avropa İttifaqının missiyasından aldığı enerjini boşaltmaq üçün sərhəddə başqa təxribatların müəllifinə çevrilə və bu zaman Azərbaycanın cavab həmlələri daha sərt ola bilər.

Son xəbərlər

Putinin iqamətgahının ətrafına əlavə “Pantsir”lər quraşdırıldı

Səudiyyə Ərəbistanı "Şərq-Qərb" boru kəmərinin işini bərpa edib

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Husilərin lideri İsrail və ABŞ-ı hədələdi

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

AB İranla müharibə istəmir - Vever

Netanyahu Zelenski ilə danışıqlar üçün müraciət etdi

Münaqişəyə diplomatik yolla son qoymaq... – Bəqai

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

İranın yeni dini lideri bəlli oldu

Almaniya Azərbaycana təşəkkür etdi

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Putin Xameneiyə görə başsağlığı verdi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Suraxanı Rayon Yol Polisi İdarəsi fəaliyyətində müsbət dinamika: təhlükəsizlik göstəricilərində artım

Pezeşkian Papikyanla müzakirədə Azərbaycanı xatırlatdı

Hakan Fidan Rüstəm Umerovla görüşdü

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Ukrayna Luqanskdakı neft bazasını vurdu

Tramp İranla bağlı bu fürsəti əldən verdi

İlham Əliyev Münhendə iclasda iştirak edir - Canlı

Bütün xəbərlər