Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə Strasburq şəhərində Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən anım mərasimi təşkil edilib.

“Report” un yerli bürosu xəbər verir ki, Strasburqdakı Azərbaycan icmasının üzvləri və ölkəmizin dostlarının qatıldığı mərasimdə Avropa Şurası yanında daimi nümayəndə Fəxrəddin İsmayılov, şərqşünas araşdırmaçı Şirin Melikoff və Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva çıxış ediblər.

Daimi nümayəndə F.İsmayılov bildirib ki, 1990-cı il 20 yanvar hadisələri həmçinin xalqımızın qəhrəmanlıq salnaməsinin bir şərəfli səhifəni təşkil edir. Belə ki, həmin faciə əbədi olaraq Azərbaycan millətinin müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun xalqımıza tutduğu qanlı divan onun azadlıq əzmini sındıra bilməyib və əksinə, insanlarımız arasında həmrəyliyin möhkəmlənməsi ilə nəticələnib. Daimi nümayəndə Ulu Öndər Heydər Əliyevin faciənin ertəsi günü Sovet İttifaqının paytaxtında verdiyi cəsarətli bəyanat ilə xalqımızın əzilməz mübarizə ruhunu daha da gücləndirdiyini vurğulayıb. F.İsmayılov əlavə edib ki, 44 günlük müharibədə müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində və şəhidlərimizin qanı bahasına əldə edilən zəfər şübhəsiz Qanlı Yanvar qəhrəmanlarının ruhunu şad edib. Azad, bütöv və firavan Azərbaycan sevgisi 20 Yanvar faciəsindən bəri canlarından keçmiş bütün qəhrəmanlarımızı birləşdirən ümumi bir amal olub.

Tədbir iştirakçıları 20 Yanvar qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər.

1990-cı il yanvar hadisələrindən bir necə gün sonra Bakıya yol tapa bilən ilk əcnəbi müxbirlərdən biri olan Şirin Melikoff həmin günlərdə şahidi olduğu hadisələrdən söz açıb və şəxsi xatirələrini bölüşüb. O, Azərbaycan xalqının bu faciə qarşısında baş əyməyərək, azadlıq və müstəqillik tələblərini davam etdirdiyini qeyd edib və insanlarımızın nümayiş etdirdiyi cəsarəti xatırladıb. Bu hadisələr barədə vaxtilə Fransa mətbuatı üçün bir sıra yazılar hazırlayan şərqşünas araşdırmaçı eyni zamanda Bakıdan gələn xəbərlərin təhrif olunduğuna diqqət çəkib. Belə ki, xüsusilə Fransa mətbuatında yerli erməni icması və sovet təbliğat maşınının təsiri altında Azərbaycanın azadlıq uğrunda mübarizəsinə kölgə salınmasına davamlı cəhdlər olub.

Daha sonra Mehriban Ovçuyeva çıxış edərək 20 Yanvar hadisələrinin hüzn doğurmaqla yanaşı, böyük bir qürur və fərəh mənbəyi olduğunu ifadə edib. O, bu faciənin xalqımızın azadlıq ideyalarına köklənən milli təfəkkürünün dərinləşməsinə təsirini vurğulayıb. M.Ovçuyeva həmçinin ötən illər ərzində xaricdəki Azərbaycan diaspor təsisatları və icmalarının 20 Yanvar həqiqətlərinin geniş yayılması üçün mütəşəkkil şəkildə apardığı fəaliyyətlərindən danışıb.

Tədbirin sonunda Azərbaycan Televiziyasının istehsalı olan “Tarixin izi ilə - 20 Yanvar” sənədli filmi nümayiş etdirilib.

Son xəbərlər

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Bütün xəbərlər