BVF Çin yuanını rezerv valyutlar siyahısına saldı.
Azərbaycan üçün yeni ehtiyat valyutası

ANS PRESS-in məlumatına görə, bu barədə Fondun mətbuat xidməti tərəfindən yayılmış açıqlamada bildirilib. Məlumata görə, ABŞ dolları, avro, Yaponiya ieni və Britaniya funt sterlinqi ilə yanaşı yuan da BVF-nin rezerv valyutalar səbətinə daxil edilir. BVF mətbuat xidməti bildirib ki, qərar 2016-cı il fevralın 1-dən qüvvəyə minir.

BAF-dən verilən açıqlamaya görə, hesabatda yuanın nəzərə alınması o deməkdir ki, təşkilatın üzvü olan ölkələr yuana denominasiya edilmiş xarici aktivlərini tədiyyə balansının maliyyə ehtiyacı üçün sərbəst rəsmi rezervlər kimi uçota ala bilərlər.
Azərbaycan üçün yeni ehtiyat valyutası
Beləliklə, əksər dünya ölkələri, eləcə də Azərbaycan öz valyuta rezervlərini idarə etmək üçün yeni valyuta imkanı qazanırlar. Bu, ölkələrə yuanla denominasiya edilmiş dövlət və korporativ istiqrazları buraxmaq, yəni dövlət büdcəsinin maliyyələşməsi üçün yuanla vəsaitlər cəlb etmək imkanı yaradacaq. Bu məsələ artıq Rusiyanın marağına səbəb olub. Qərbin maliyyə imkanlarından məhrum olan Rusiya Çindən vəsaitlər cəlb etmək niyyətinə düşüb. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, hazırda Şanxay və Moskva birjalarında Rusiyanın yuanda nominasiya edilmiş dövlət və korporativ istiqrazların yerləşdirilməsi məsələsi müzakirə edilir.

Azərbaycana gəldikdə isə, Çin yuanı barədə planlar hələ ki, Dövlət Neft Fondunun Çinə investisiyaları ilə məhdudlaşır. 2014-cü ildə ARDNF Çin Mərkəzi Bankından 3 milyard yuan, yəni indiki məzənnə ilə təxminən 460 milyon dollar səviyyəsində sərmayə üçün lisenziya alıb. 2015-ci ilin iyul ayından başlayaraq ARDNF Çində investisiyalara başlayıb.
Azərbaycan üçün yeni ehtiyat valyutası

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ANS PRESS-ə müsahibəsində ARDNF-in Çinə investisiyalarının elə də böyük olmadığını deyir: "Bu sərmayələr 480 milyon yuan (73 milyon dollar - red.) təşkil edir. Ümumiyyətlə, ARDNF-in ümumi çantasında Çin yuanın payı çox aşağıdır. Ümumi çantanın 55%-i dolların, 35%-i avronun, 5%-i funt-starlinqin payına düşür. Çin yuanı, Rusiya rublu, Türkiyə lirəsi, Avstraliya dolları və Vyetnam donqunda olan aktivlər isə toplam 5% təşkil edir. Düşünürəm ki, Çin yuanı ilə olan aktivləri bundan artırmağa dəyməz. Çinin iqtisadi göstəriciləri elə də ciddi ümidlər yaratmır".

Əslində, Çinin makroiqtisadi göstəriciləri də bu fikri təsdiqləyir. Məsələ bundadır ki, ARDNF yuanla sərmayələr barədə qərarı 2014-cü ildə verib ki, onda yuan ən yüksək səviyyəsində idi və 1 dollar təxminən 6 yuana satılırdı. 2007-ci ildə isə 1 dollar 7,7 yuana satılmışdı. Yəni keçən müddət ərzində yuan xeyli bahalaşmışdı. Hazırda 1 dollar 6,5 yuana dəyişdirilir. Göründüyü kimi, ötən müddət ərzində yuan xeyli ucuzlaşıb.

Çin iqtisadiyyatının borclanma səviyyəsi yuanın getdikcə daha çox dəyər itirəcəyini ehtimal etməyə imkan verir. Bu ölkənin ümumi caxili məhsulu (ÜDM) 10 trilyon dollara bərabər olduğu halda Çin şirkətlərinin toplam xarici öhdəlikləri 16 trilyona bərabərdir. Bu, ÜDM göstəricisi təxminən xarici borca bərabər olan ABŞ-dakından xeyli ağır vəziyyətdir. Buna görə də Çin valyutasının davamlı devalvasiyaya uğrayacağı daha inandırıcı görünür.Azərbaycan üçün yeni ehtiyat valyutası

Son xəbərlər

Zaxarova: "Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub"

Universitetlərə qəbul planının sayı açıqlandı

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib.

Fransa müxalifətindən Makrona qarşı BİRLİK ÇAĞIRIŞI

Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsinə qədəm qoyub

Azərbaycan və Türkiyə prezidentləri Ankaranın Esenboğa Hava Limanında görüşüblər

Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir

İlham Əliyev: "Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır"

ABŞ-Azərbaycan: Ağ Ev "təmas xətti"ni dəyişmək istəyir

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb

Makron Rusiyaya hərbi zərbələri dəstəklədi

G7 İrana çağırış etdi

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

Makron Yeni Kaledoniyaya səfər edib

İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb

Azərbaycan nefti ucuzlaşıb

Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Notarius Daxil Kərimovun fırıldaqlarını kim ifşa edəcək?

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

Tehranda təhlükəsizlik səviyyəsi artırılır

İranın vitse-prezidenti Rəisinin helikopterinin qəzaya uğradığı yerə gedib

Rusiya Ukraynada yaşayış məntəqəsində nəzarəti ələ alıb

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Belarus Prezidenti Aleksandr Lukaşenko ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb - FOTO

Estoniya hökuməti Ukraynaya qoşun göndərəcək?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO

Bütün xəbərlər