Azərbaycan eyni vaxtda iki böhrandan çıxmaq istəyir» STRATFOR: Rusiya ilə Qərb arasında qarşıdurma Azərbaycan üçün energetika sahəsində böyük imkanlar açır, ancaq siyasi risklər də var
ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgə” strukturu hesab edilən STRATFOR Azərbaycana dair hesabatla çıxış edib. (Virtualaz.org) Təşkilatın saytının yaydığı məlumata görə, hesabata əsasən Azərbaycan eyni vaxtda iki, ancaq bir-birindən asılı olmayan böhrandan çıxmaq istəyir.

Bunlardan biri dünya bazarlarında neftin qiymətinin düşməsi, digəri isə Ukraynaya görə Rusiya ilə Qərb arasında qarşıdurmadır. Bu böhranlar ölkənin energetika sahəsinin və geniş mənada strateji vəziyyətinin gələcəyini müəyyən edəcək.

“Bakı avropalılar üçün alternativ enerji mənbəyi kimi getdikcə artan cəlbediciliyindən fayda götürməyə, regionun digər enerji istehsalçılarından fərqli olaraq ondan daha yaxşı istifadə etməyə çalışır. Bununla belə Bakı enerji layihələrinə dair qərarların qəbul edilməsi prosesində hələ maliyyə və siyasi məhdudiyyətlərlə üzləşir, müvafiq olaraq diplomatik manevrlər edir” - deyə hesabatda bildirilir.

STRATFOR qeyd edir ki, Azərbaycanda neft hasilatının azalması nəticəsində ümumi daxili məhsul (ÜDM) artımı yavaşlasa da qeyri-neft sektoru üzrə ÜDM artımı sürətlənib. Eyni zamanda ölkənin strateji valyuta ehtiyatları iqtisadiyyatı dəstəkləməyə imkan verir.
Buna baxmayaraq Azərbaycan neftin ucuzlaşmasının neqativ nəticələrini hiss etməyə başlayıb. Mərkəzi Bank manatın dollarla indeksasiyasından imtina edib və bu da dolların qismən bahalaşmasına səbəb olub.

Hesabata əsasən bu il neftin qiyməti 55 dollar səviyyəsində qalsa, Azərbaycan iqtisadiyyatında artım 1,9 faiz olacaq. Bu, regionun neftdən asılı digər ölkələrinə nisbətən yaxşı göstəricidir. Məsələn, proqnozlara görə, Rusiyada ÜDM artmayacaq, iqtisadi geriləmə 3-5 faiz təşkil edəcək.
“Bu arada Ukrayna böhranı növbəti dəfə Avropanın Rusiyadan enerji asılılığının nə dərəcədə riskli olduğunu göstərib. Bu da Azərbaycan üçün əlavə imkanlar açıb. Azərbaycanın Avropa üçün alternativ enerji mənbəyi kimi cəlbediciliyi xeyli artıb”- deyə MKİ-nin “kölgəsi” bildirir.
Hesabata əsasən Azərbaycan ötən iki onillikdə Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu sübut edib. İndi isə “Cənub qaz dəhlizi” ilə Avropaya ildə 10 milyard kubmetr qaz nəql etməyə hazırdır: “Rusiya ilə Qərb arasında qarşıdurma Azərbaycan üçün energetika sahəsində böyük imkanlar açır, ancaq siyasi risklər də var”.

STRATFOR xatırladır ki, Yunanıstanda hakimiyyətə gələn radikal solçular TAP kəmərinə dair razılaşmaya yenidən baxılmasına çağırırlar. Azərbaycan isə bu tələbi rədd edir.

“Azərbaycan həmçinin öz qonşusunu kənara itələməmək üçün Rusiya ilə iqtisadi və enerji münasibətlərini saxlayır. Bakı bütün bu layihələr arasında diqqətlə manevr etməyə çalışır, onları siyasi həssaslıq baxımından və kommersiya sərfəliliyi baxımından nəzərdən keçirir. Həmçinin nəzərə alınır ki, neftin qiymətlərinin aşağı olması bu layihələri ləngidə bilər” - deyə hesabatda bildirilir.
STRATFOR-un hesabatında deyildiyinə görə, Azərbaycan Ermənistanla müharibəyə girərək onun müttəfiqi Rusiyaya “əlcək atmamaq”da ehtiyatlı olmalıdır. Təşkilat hesab edir ki, indi Rusiyanın başı Ukrayna böhranına qarışsa da Bakı hər halda Ermənistanla birbaşa toqquşmadan çəkinməlidir.
Nəhayət, hesabatda qeyd edilir ki, Ukraynada Yanukoviçin devrilməsindən sonra bir sıra keçmiş sovet respublikalarında da nümayişlər və müxalifətin fəallaşması müşahidə olunur. Azərbaycan da istisna deyil. Ancaq Azərbaycanda bəzi müxalif qruplar aksiyalar keçirsə də onların aksiyalarına çox az sayda adam qatılıb.

“Azərbaycan hakimiyyəti öz idarəçiliyinə qarşı hər hansı ciddi təhdid qarşısında deyil və bu da ona Rusiya ilə Qərb arasında balanslı siyasət yürütməkdə əlavə üstünlük verir. Azərbaycan eyni vaxtda bir neçə böhranın, eyni zamanda siyasi və maliyyə risklərinin öhdəsindən gəlməyə çalışmaqda davam edəcək” - deyə Amerika kəşfiyyatının “kölgəsi” bildirir.

Son xəbərlər

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Tramp ona da yüksək vəzifə verəcək

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

Lukaşenko “Oreşnik”lə bağlı göstəriş verdi

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Foto

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

Bütün xəbərlər