İpotekanın tətbiqi ilə bağlı yeni xəbər
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 38 minik avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 74,1 faiz azdır
INTERXƏBƏR AZ-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin ilk 2 ayının yekunu üzrə hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, yanvar-fevral aylarında respublikada 77 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 15,4 faiz azdır.
Bundan başqa, hesabat dövründə ölkədə 186 traktor istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 14,3 faiz azdır.
Qeyd edək ki, Azərbaycanda avtomobil nəqliyyatı vasitələrinin istehsalı üzrə Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərirlər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay