Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açdı. Bu səfərlə gələcəkdə yüksək səviyyədə olan əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsası qoyuldu. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçirildi. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirdi.
Xatırladaq ki, səfər zamanı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” imzalanıb.
Qeyd edək ki, dövlətimizin başçısının Misir Ərəb Respublikasının Prezidenti ilə geniş tərkibdə görüşündə isə Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu. BMT-nin Məskunlaşma Proqramı vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, respublikamızın isə 2026-cı ildə evsahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulandı.
Azərbaycan və Misir prezidentlərinin görüşündə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi vurğulandı. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısının bəyanatında ikitərəfli münasibətlərin bir sıra məqamlarına toxunuldu. Ölkələrarası ticarət dövriyyəsinin bir neçə dəfə artmasına baxmayaraq bunun qaneedici olmadığı, lakin imzalanmış sənədlərin, əldə edilmiş razılaşmalarin bu istiqamətdə dönüş yaradacağına ümid bəsləndiyi diqqətə çatdırıldı. Ümumiyyətlə, yaxın perspektivdə iki ölkə arasında energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi və digər sahələrində yüksək nəticələr əldə ediləcəyi bildirildi.
İki ölkə rəhbəri arasında keçirilən görüşlərdə yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi də aparıldı. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçdiyi, respublikamızın ərazisində bütün infrastrukturun yaradıldığı və beləliklə nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açıldığı da xatırladıldı.
Hazırda respublikamızda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də diqqət çəkir. Son illər ərzində Misirdən ölkəmizə gələn turistlərin sayının 50 faiz artması da bu fikrin bariz ifadəsidir. Bundan başqa iki ölkə arasında bir sıra mühüm sosial layihələrin gerçəkləşdirilməsi də xalqlarımızı bir-birinı daha da yaxınlaşdırır.
Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Misirə indiki rəsmi səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsini və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir.



Şahinə Məmmədova,
Salyan rayonu 2 saylı tam orta məktəbin müəllimi

Son xəbərlər

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Makronun prezidentlikdən sonrakı planı açıqlandı

ABŞ və İsrailin İranda bir məqsədi var - Netanyahu

Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir

Ərdoğan sakitləşməlidir - Netanyahu

Belə davam etsə, İran mövcud olmayacaq - Tramp

Rusiya Ermənistanı bu cür mühakimə edəcək

Putini nüvə zərbəsinə keçməyə çağırdılar

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Abadlaşan Suraxanı

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

Maqdalena Qrono Azərbaycana gəlir

Tramp da onun istefaya gedəcəyini söylədi

"Brent" markalı neft BAHALAŞDI

Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı

AB Ermənistanı öz orbitinə cəlb edir - Lavrov

ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Hakan Fidan Moskvaya gedir

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Tramp İrana qarşı əməliyyatın bərpasına işarə etdi

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Əli Əsədov yeni qərar imzaladı

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

Bütün xəbərlər