Son xəbərlər
20.08.2020, 02:31
Avstraliyada koronavirus peyvəndi məcburi ola bilər
Avstraliyanın Baş naziri Skott Morrison yeni koronavirus infeksiyasına qarşı peyvəndin məcburi olacağını deyib.
O, bu barədə 3AW radiostansiyasına verdiyi müsahibədə bildirib.
Morrisonun sözlərinə görə, hələlik son qərar verilməyib. Tibbi istisnalar olmasa, peyvənd məcburən tətbiq ediləcək.
Baş nazirin sözlərinə görə, etibarlı qorunma üsulu olması üçün əhalinin ən azı 90% -i peyvənd edilməlidir.
Eyni zamanda, Morrison bu qərarın ictimaiyyət arasında mənfi reaksiyaya səbəb olacağını, lakin bundan qorxmadığını da etiraf edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay