Qardaşının klinikada öldürüldüyünü deyən şəxs prokurorluqdan NARAZIDIR
Xəbər verildiyi kimi, Bakıdakı “İstanbul NS” klinikasında Şükürov Böyükağa Böyükkişi oğlunun müəmmalı şəkildə ölməsi faktının Nərimanov prokurorluğunda lazımınca araşdırılmaması ilə bağlı mətbuatda, sosial şəbəkələrdə yazılar, məlumatlar yayılır.
Bununla bağlı mərhum Böyükağa Şükürovun qardaşı Qabil Şükürov Prezidentə müraciət edib.
Bunlarla bağlı Qabil Şükürov QAZİLƏR.AZ saytına açıqlama verib.
“Qardaşımın ölümü ilə bağlı Nərimanov rayon prokurorluğunda noyabr ayından iş üzrə araşdırma aparılır. Böyükağa Böyükkişi oğlu Şükürovun ölüm faktının araşdırılması ilə bağlı üç dəfə ekspertiza təyin olunub.
Birinci ekspertiza Səhiyyə Nazirliyinin tabeliyindəki tibb idarəsinə həvalə olunmuşdu. İdarədən ekspertiza qarşısında belə bir sual qoyulmuşdu: Böyükağa Böyükkişi oğlu Şükürovun müalicəsi ilə ölümü arasında səbəbli əlaqə varmı, ona düzgün müalicə yazılıbmı və dinamik həkim nəzarəti olubmu?
Səhiyyə Nazirliyinin tibb idarəsi bu suala cavab olaraq bildirmişdi ki, ona düzgün müalicə təyin olunmuşdu. Rəy üç ekspertin imzası ilə verilmişdi. Digər suallar isə cavablandırılmamış, rəy əsaslandırılmamışdı”, - deyə Q.Şükürov bildirdi.
Onun tələbi əsasında yenidən ekspertiza təyin olunduğunu söyləyən mərhumun qardaşı bunları dedi:
“Sözügedən ekspertiza eyni müəssisəyə həvalə oluna bilməzdi, həkim səhlənkarlığının araşdırılmasına dair təcrübə də bunu göstərir.
Buna görə ikinci dəfə ekspertiza Müdafiə Nazirliyinin tibb idarəsinə həvalə olundu. Bu tibb idarəsi geniş rəy verdi ki, Şükürov Böyükağa Böyükkişi oğluna müalicə düzgün təyin olunmayıb, cərrahi müdaxilə həyati göstəriş olmuşdu, lakin cərrahi müdaxilə həyata keçirilməyib və bu da onun vəziyyətinin ağırlaşmasına gətirib çıxarıb.
Müdafiə Nazirliyinin tibb idarəsinin verdiyi bu rəy kifayət qədər əsaslandırılmışdı. Buna baxmayaraq yenidən ekspertiza təyin olunub və yenə də Səhiyyə Nazirliyinin tibb idarəsinə göndərilib. Orada həmin o ilk ekspertiza təhqiqatını aparan, rəyi imzalayan üç ekspert rəy tərtib edib. Bu dəfə ekspertiza qarşısında bir sual qoyulur: Şükürov Böyükağa Böyükkişi oğlunun yaşı, onda böyrək çatışmazlığının olması, nə vaxtsa keçirdiyi açıq ürək əməliyyatı və dinamik həkim nəzarəti cərrahi müdaxilə ilə əks göstəriş idimi?
Əslində bu sual özü hüquqi məntiqli sual deyildi, çünki insanın yaşı onun cərrahi müdaxiləsi üçün əks göstəriş hesab oluna bilməz. Bu, Ümumdünya Səhiyyə Təşkilatının heç bir protokolunda, sənədində yoxdur”.
Qardaşı Şükürov Böyükağa Böyükkişi oğlunun 2014-cü ildə açıq ürək əməliyyatı keçirdiyini vurğulayan Q.Şükürov: “Üstündən 10 il vaxt keçib və eyni zamanda ürək fəaliyyəti normal olub. “İstanbul NS”nin verdiyi tibbi sənədlərdən də görünür ki, ürəyin fəaliyyəti normal olub”, - dedi.
“Qardaşımda böyrək çatışmazlığının olduğunu bildiriblər. Halbuki onda böyrək çatızmazlığı olmayıb. “İstanbul NS”nin verdiyi sənədlərdən də görünür ki, onun böyrəkləri normal işləyib. Belə olan halda istintaq bu sualı niyə qoyub? Bu sual özü də sual doğurur. Bu suallara cavab olaraq bildiriblər ki, göstərilən səbəblər əks-göstəriş idi.
Əvvəla, üçüncü dəfə ekspertiza təyin olunmasına heç bir lüzum yox idi. İkincisi, təyin olunurdusa, birinci dəfə qeyri-obyektiv, səthi rəy verən müəssisəyə və ən azından eyni ekspertlərə həvalə olunmamalı idi. Çünki i ekspertlər birinci rəydə müalicənin düzgün təyin olunduğunu, axırıncı rəydə isə düzgün təyin OLUNMADIĞINI yazıblar. Sonuncu rəydə ekspertlər təsdiq edir ki, müalicə düzgün təyin olunmamış, cərrahi müdaxilə edilməmiş, dinamik həkim nəzarəti olmayıb. Belə çıxır ki, eyni ekspertlər birinci rəydə bir söz, sonuncu rəydə isə tamam başqa söz deyirlər. Deməli, bu ekspertlərin iki fikrindən biri yalandır. Ekspert bilə-bilə verdiyi yalan rəyə görə isə məsuliyyətə cəlb olunmalıdır. İstintaq buna da diqqət yetirmir”, - deyən Qabil Şükürov bildirib ki, qardaşının ölümündə günahkar olanların cəzalanması üçün şikayətçi olaraq Prezident Administrasiyasında olduğunu söylədi: “Orada mənə şikayətimin qeydə alındığını və nəzarətə götürüldüyünü dedilər. Yəni qəbulda mənə bildirilib ki, şikayətimnəzarətə götürülüb və müvafiq araşdırma aparılacaq”.
Eyni zamanda, Nərimanov prokurorluğunda prokuror Hidayət Nurəlibəyovun qəbulunda olduğunu bildirən mərhumun qardaşı bu qəbuldan da narazılıq ifadə etdi: “Yuxarıda sadalanan məsələlər prokurorla da müzakirə olundu. Nərimanov rayon prokuroru birmənalı olaraq bildirdi ki, məsələ ilə bağlı cinayət işinin başlanması üçün mütləq eskumasiya olunmalıdır. Mərhumun yaxınlar – oğlu və həyat yoldaşı eskumasiyaya razılıq vermədiklərinə görə eskumasiya keçirilə bilməz. Amma qanunvericilikdə belə bir tələb olmadığı prokurorun diqqətinə çatdırıldı. O, isə dedi ki, qanunvericilikdə belə bir tələb olmasa da bu, onun şəxsi düşüncəsidir.
Prokuror bu məsələ üzrə cinayət işinin başlanmayacağını, araşdırmanın sonlandırıldığını bildirib. Baxmayaraq ki, bu qədər tutarlı arqumentlər var və baxmayaraq ki, ekspertlər, hətta istintaqın mötəbər kimi qəbul etdiyi sonuncu ekspert Şükürov Böyükağa Böyükkişi oğlunun müalicəsinin düzgün aparılmadığına, cərrahi əməliyyatın vaxtında həyata keçirilmədiyinə, bunun da onun vəziyyətinin ağırlaşmasına səbəb olduğuna dair rəy verib.
Əhalinin sağlamlığının qorunmasına ilə bağlı qanunun 26-cı maddəsinə əsasən göstərilən hallar onun olduğu klinikanın və müalicə həkiminin səhlənkarlığı deməkdir.
P.S. Məqalədə adı çəkilən tərəflərin mövqeyini də dərc etməyə hazırıq.

Son xəbərlər

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Bütün xəbərlər