Azərbaycanla Misir arasında sosial, siyasi və iqtisadi əlaqələrin tarixi qədimdir. Dünya ölkələri ilə sıx əməkdaşlığa daim töhfə verən ölkəmiz Misirlə də qarşılıqlı hörmətə və etibara əsaslanan əlaqələr qurub. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrında Qahirəyə səfəri və bu çərçivədə Misir Prezidenti Hüsnü Mübarəklə müzakirələr iki ölkə arasındakı əlaqələri yeni mərhələyə çıxardı. Həmin dövrdən başlayaraq Azərbaycan və Misirin müxtəlif dövlət qurumları arasında əlaqələri daha da inkişaf etdi, qarşılıqlı səfərlərin həyata keçirilməsinə başlanıldı.
Cari ilin iyun ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərə gəlib. İki ölkə arasındakı münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirilən səfər müəyyən məqamlarla yadda qaldı. Belə ki, ölkə başçımız cənab İlham Əliyevin Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Görüşdən sonra hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdi. Azərbaycan-Misir arasındakı səmərəli əlaqələrin sıx bağlılığı vurğulanaraq, gələcəkdə də etibarlı əməkdaşlığın davam etdiriləcəyi qeyd edildi. Azərbaycan-Misir əlaqələrini dəyərləndirərən ökə başçımız deyib: "Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur".
Azərbaycan və Misir arasında qarışılıqlı rəsmi səfərlər əlaqələri daha da möhkəmləndirir. Ötən il yanvarın 28-də Azərbaycana səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə Prezident İlham Əliyevin görüşü olduqca əlamətdar hadisə idi. Misir Prezidentinin görüş zamanı ifadə etdiyi: "İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək. Ölkələrimiz arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyirik və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq. Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik", - fikri gələcək üçün əsaslı yol xəritəsidir.
Xüsusi vurğulanmalıdır ki, iki ölkə arasındakı iqtisadi əlaqələr də öz səmərəliliyi ilə seçilir. Məhz 2022-ci il fevralın 25-də Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası ikitərəfli əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayır. İclasın sonunda Azərbaycan ilə Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb. Sənədlərə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan - Misir Biznes Şurasının yaradılması haqqında anlaşma memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında anlaşma memorandumu" və "Azərbaycan Respublikasının "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı arasında anlaşma memorandumu" daxildir. Onu da qeyd etmək lazımdır ki, son 24 ildə Misirin Azərbaycana ixracının həcmi 21,7 faiz artaraq 10 milyard dollara çatıb. Eyni zamanda Süveyş Kanalı Azad İqtisadi Zonası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq, kiçik və orta sahibkarların əlaqələrinin möhkəmləndirilməsi də nəzərdə tutulur.
COP29-a Azərbaycanın ev sahibliyi etməsi Misirdə də rəğbətlə qarşılanır. Bu gün Misirdə Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişmələri Konfransına ev sahibliyi edəcək ölkə kimi seçilməsini, Prezident İlham Əliyev siyasətinin növbəti parlaq qələbəsini yüksək sevinc hissi ilə qarşılayırlar. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
Göründüyü kimi, qüdrətli Azərbaycan dövləti qlobal proseslərin önəmli aktoruna çevrilib. Prezident İlham Əliyevin uğurlu siyasi xətti bu gün ölkəmizi qalib, ordumuzu müzəffər, xalqımızı firavan edib. Bunun nəticəsidir ki, dünya liderləri daim Azərbaycanla əməkdaşlığa meyillənir, onun gücündən, sahib olduğu prestijdən faydalanmağa çalışırlar.![]()
Emin Məlikov,
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil
sektorunun metodisti
Müsahibə
Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər